Qarabağ Dirçəliş Fondu — Vikipediya

Qarabağ Dirçəliş Fondu
  • Qarabağ Dirçəliş Fondu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 4 yanvar 2021
Tabelik publik hüquqi şəxs
Rəhbərlik
Rəhbər Rəhman Hacıyev

Rəsmi saytı qdf.gov.az

Qarabağ Dirçəliş FonduAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılmışdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi.[2] Nəticədə Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi kimi yadda qaldı. Erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilmiş və dağıdılmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında Qarabağ Dirçəliş Fondu publik şəxs yaradılmışdır.[1]

Məqsədi[redaktə | mənbəni redaktə et]

“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs kimi yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir.

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir.

Maliyyələşməsi[redaktə | mənbəni redaktə et]

Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

  • fiziki və hüquqi şəxslərin ianələri;
  • qrantlar;
  • qanunla qadağan olunmayan digər mənbələr.[1]

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Prezidentin fərmanına əsasən Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Fondun fəaliyyətinə cari rəhbərliyi isə 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib. Həmçinin fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi, strukturunun təsdiqi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurası üzvlərinin, İdarə Heyəti sədrinin və sədrin iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, ləğvi və yenidən təşkili məsələləri də Azərbaycan prezidentinin səlahiyyətləri daxilindədir.[1]

İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq etmişdir:[3][4]

İdarə Heyəti[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Fondun İdarə Heyətinin sədri vəzifəsinə Rəhman Hacıyev təyin edilmişdir.[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 ""Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  2. "Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb tam mətn". lent.az (az.). 10 noyabr 2020. 2020-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2020.
  3. "Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  4. ""Qarabağ Dirçəliş Fondu" yaradılıb və onun 9 nəfərlik Müşahidə Şurası təyin edilib". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  5. "R.T.Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]