Azərbaycan Ordusuna Yardım Fondu — Vikipediya

Azərbaycan Ordusuna Yardım Fondu
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 17 avqust 2002
8 dekabr 2020
Baş qərargahın yeri Bakı, Azərbaycan
mod.gov.az/az/silahli-qu…

Azərbaycan Ordusuna Yardım Fondu - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təşkil edilən qurum.

Fond Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.[1]

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv edilib. Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsait Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülüb.[2]

Haqqında[redaktə | mənbəni redaktə et]

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.[1]

Vəzifəsi[redaktə | mənbəni redaktə et]

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İanələr[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-si İkinci Qarabağ müharibəsi başladıqdan sonra fonda bir çox şirkətlər vəsait köçürmüşdülər. Təkcə müharibə dövründə Fonda hüquqi şəxslər tərəfindən 47 milyon 670 min 193 manat məbləğində vəsaitin köçürülməsi qeydə alınmışdır.[3]

Toplanan vəsait[redaktə | mənbəni redaktə et]

Müdafiə Nazirliyinin rəsmi internet saytında mütəmadi olaraq hər ayın əvvəli fonda toplanan vəsait barədə məlumatlar verilir.[4]

Azərbaycan Ordusuna Yardım Fonduna yığılan vəsaitin həcmi 1 fevral 2021 Miqdarı
Azərbaycan manatı 212.156.968,42
ABŞ dolları 11.176.390,65
AVRO 183.484,92
Rusiya rublu 5.398.550,00
Böyük Britaniya funt sterlinqi 1.844,72
Türkiyə lirəsi 593.924,33

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
  2. "8 dekabr 2020-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
  3. "Silahlı Qüvvələrə Yardım Fonduna ianə edən şirkətlər – SİYAHI". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
  4. "SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNUN BANK REKVİZİTLƏRİ". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]