Qaqauziya Respublikası — Vikipediya

Tanınmayan
Qaqauziya Respublikası
qaq. Gagauz Respublikası
Bayraq
Bayraq
Qaqauziyanın xəritəsi
Qaqauziyanın xəritəsi
 
 

Paytaxt Komrat
Dilləri Qaqauz dili, Rumın dili, rus dili
Rəsmi dilləri Qaqauz, rusmoldav
Dövlət dini şərqi ortodoks xristianlıq
Valyuta SSRİ rublu, Moldova leyi
Ərazisi 1848
İdarəetmə forması respublika
Prezident
 • 1991 - 1995 Stepan Topal

Qaqauziya Respublikası (qaq. Gagauz Respublikası) —  keçmiş Moldova SSR ərazisində öz-özünü elan etmiş respublika. hüquqi olaraq 1990-cı ildən 1994-cü ilədək, faktiki olaraq isə 1995-ci ilə qədər mövcud olmuşdur. 1994-cü ilin dekabrı — 1995-ci ilin iyul tarixləri ərzində dinc yol ilə Moldova Respublikasının ərazisinə daxil edilmişdir. Hazırda Qaqauziya adlı muxtar ərazidi.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlkin dövr[redaktə | mənbəni redaktə et]

Qaqauz xalqının problemləri haqqında ilk diskussiya 1980-ci illərin sonunda yarandı.

21 may 1989-cu ildə Qaqauz xalqının nümayəndələrinin birinci qurultayı keçirilmişdir. Beləliklə qaqauzların "Qaqauz Xalqı" adlı ictimai hərəkatı yarandı.

1989-cu il noyabrın 12-də Qaqauz xalqının nümayəndələrinin Fövqəladə qurultayı keçirildi, orada  Moldova SSR-in tərkibində Qaqauz Muxtar Sovet Sosialist Respublikası elan edildi, amma ertəsi gün Moldova SSR Ali Sovetinin Rəyasət Heyəti Fövqəladə qurultayının qərarını ləğv edib onu konstitusiyaya zidd olduğunu adlandırdı.[1]

Respublikanın elan edilməsi[redaktə | mənbəni redaktə et]

1990-cı il avqustun 19-da Moldova SSR-in cənubi çöl xalq deputatlarının I qurultayı keçirildi, orada "Qaqauz xalqının Moldova Respublikasından azadlıq və müstəqillik haqqında bəyannamə" qəbul edildi və SSRİ tərkibində Qaqauziya Respublikası elan edildi.[2] Avqustun 21-də Moldova SSR Ali Soveti Rəyasət Heyətinin fövqəladə iclasında Respublikanın elan edilməsi qərarı qanunsuz, deputatların qurultayının keçirilməsi isə konstitusiyaya zidd saydı.[3]

"Separatizmin qarşısını almaq" məqsədilə Moldova könüllülər dəstəsi milis dəstələrinin müşayiəti ilə Qaqauziyaya daxil oldu. Qaqauziyada səfərbərlik başlatıldı. Bu hadisələr "Qaqauziya yürüşü" adlandırıldı. Qaqauziya vətəndaş müharibəsi astanasında dayanmışdı, lakin Sovet Ordu hissələrinin gəlməsi qan tökülməsinin qarşısını aldı.

Respublikanın mövcudluğu[redaktə | mənbəni redaktə et]

Bundan sonra Qaqauziya Respublikası dörd il ərzində tanınmayan dövlət kimi mövcudluğunu davam etdirdi. Əsas dövlət hakimiyyəti orqanları formalaşdırılmışdır və fəaliyyət göstərirdi: Prezident, Ali Şura, nazirlik və idarələr, ordu (1990-1995-ci illərdə "Bucak" adlı xüsusi təyinatlı batalyon).

Qaqauziya həmin ildə elan olunan Dnestryanıdan fərqli olaraq, öz milli valyutasını yaratmamışdır.

Qaqauz Respublikasının mövcud olduğu bütün dövr ərzində rəhbəri Stepan Topal olmuşdur.

1994-cü ilin dekabr ayında Moldova Respublikası və Qaqauz Respublikası arasında əldə olunmuş razılıqlar əsasında Qaqauziya muxtariyyət hüququ altında Moldava Respublikasına dinc inteqrasiyası haqqında sənəd imzalanmışdır, proses 1995-ci ilin yayınadək həyata keçirilmişdir. O andan sonra Qaqauziya Respublikası Qaqauz Yeri adlı Muxtar quruma çevrildi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Фёдор АнгелиГАГАУЗСКАЯ АВТОНОМИЯ. ЛЮДИ И ФАКТЫ (1989-2005) Arxivləşdirilib 2018-02-20 at the Wayback Machine (rusca) (20.08.1990).
  2.  ГАГАУЗИЯ - БД "Лабиринт" Arxivləşdirilib 2010-12-18 at the Wayback Machine (рус.), База данных "Лабиринт. (rusca)
  3.  ГАГАУЗЫ ОБЪЯВИЛИ О СОЗДАНИИ СВОЕЙ РЕСПУБЛИКИ И ВЫХОДЕ ИЗ МОЛДОВЫ Arxivləşdirilib 2024-02-08 at the Wayback Machine (рус.), Журнал «Власть» (20.08.1990).