Daşkənd dövləti (1784) — Vikipediya

Daşkənd dövləti
Daşkənd dövləti
Paytaxt Daşkənd
İdarəetmə forması Mütləq monarxiya

Daşkənd dövləti — 1784—1807-ci illərdə DaşkəndTürkistan vilayətlərinin müasir ərazisində mövcud olan müstəqil dövlət qurumu. 1808-ci ildə Kokand xanlığı tərəfindən fəth edildi və xanlığa qatıldı.[1]

Mərkəzi Asiya 1750-ci il

Tarixi[redaktə | mənbəni redaktə et]

XVIII əsrin əvvəllərində özbək qəbiləsi olan yuzlar, Daşkənd və Sırdəryanın orta axınındakı bəzi bölgələri ələ keçirdilər.[2]

XVIII əsrin ortalarında Daşkənd tarixində problemli bir dövr var ki, şəhərdə kalmıkların (1758-ci ildə Çindən məğlub olmasından əvvəl) və Qazax xanlarının (əvvəlcə kalmıkların vassallı idilər,[3] kalmıklar məğlub olduqdan sonra - müstəqil), Əbdülkərim biyin rəhbərlik etdiyi kokandların və az da olsa Buxara hökmdarlarının mənafeləri kəsişirdi.[3] Şəhər dəfələrlə əldən-ələ keçib. Bundan əlavə, Daşkəndin özündə daxili mübarizə şəhərin dörd hissəsində — dahada (özb. Daha) — Kukça, Sibzar, Şeyxantaur və Beşağaçda hökm sürürdü.[3] Hər birinin başçısı olan — hakimlər,[4] qalan bölgələri özlərinə tabe etdirməyə çalışırdılar.

1780-ci illərdə uzun və qanlı çəkişmələr dözülməz hala gəldi. Daşkənddə ticarət və əl sənətlərinə faydalı təsir göstərə biləcək vahid müstəqil dövlət yaratma ehtiyacı vardı. Bu vaxt Şeyxantaur hakimi hakimiyyəti oğlu Yunushocaya təhvil verərək ölür. [3]

Dövlətin tarixi[redaktə | mənbəni redaktə et]

1784-cü ildə Daşkəndin dörd dahası arasındakı uzunmüddətli rəqabət silahlı qarşıdurma ilə nəticələndi. Döyüş şəhər bazarının yaxınlığında, Bozsu dərəsində baş verdi. Kanalın bu hissəsi Canqob - "döyüş axını" kimi tanınmağa başladı. İlahiyyatçı Əhməd Kazani və Kokand xanı Narbuta biyin qohumu - Xon-Xocanın [5] dəstəyi sayəsində Yunis Xoca qələbə qazandı[6] və posad onun bütün şəhər üzərindəki nüfuzunu tanıdı.[3] İqamətgah olaraq hökmdar Çorsu xəndəyinin sahili boyunca olan təpədə dayanan qalanı seçdi (sonralar bu əraziyə Karataş adı verildi).[6] Daha — ərazi bölgüsü qalsa da,[7] dörd hakim institutu (çarhakim) ləğv edildi.[3].

Yunis Xocaya Qazax tayfaları - şanışkılı (sançkılı) və qanqlılar dəstək verdilər.[8] Hökmdarlığı illərində Çimkənd, Sayram, Türkistan, Kurama, [3] Niyazbəy, Altın Tobe, Qarabulaq (Qazaxıstan), Sapran (Sauran), Temir və on kəndədək ərazilərə bitişik torpaqları da tabe etdi.[9] Ulu jüzə aid ərazinin əhəmiyyətli bir hissəsi Daşkəndin nəzarəti altında idi.[3]

Rusiyaya gedən karvan yollarını ələ keçirərək təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıran Yunis Xoca, Rusiya imperiyası ilə ticarəti genişləndirdi. Sabitlik və böyük qonşu ilə güclü iqtisadi münasibətlər, sənətkarlıq sənayesinin və kənd təsərrüfatının əlaqəli sahələrin inkişafına müsbət təsir göstərmişdir.[3] Yunus Xoca pul islahatı keçirdi, öz adına mis sikkələr kəsdirdi və hərb sahəsində bir sıra; ordunun gücünə və paytaxtın müdafiə qabiliyyətinə müsbət təsir göstərən dəyişikliklər həyata keçirdi.[3]

Daşkənddə müstəqil dövlətin yaradılması təbii olaraq Kokand xanlığının narahatçılığına səbəb oldu.[3] 1794-cü ildə Narbuta biy dövlətin ərazisinə yürüş etmək üçün yola çıxır, lakin məğlub olur. 1799-cu ildə Kokand qoşunları demək olar ki, paytaxta çatmağı bacarıb,Çirçik çayını tutmalarına baxmayaraq, Karasu kanalının sahilindəki döyüşdə[k 1] Yunus Xoca onları məğlub edərək, 70 əsr götürdü (kütləvi şəkildə edam edildilər).[3]

1801-ci ildə Yunis Xoca rəqibinə şərqdən hücum etməyə qərar verdi.[3] Şəhər sakinləri yeni müharibəyə qarşı çıxdılar, lakin Yunis Xoca ilə müttəfiq olan köçəri zadəganlar onu özlərinə tərəf çəkdilər.[6] Qazaxların dəstəyi ilə şanışkılı tayfaları Fərqanə vadisini işğal etdi.[8] Lakin bunun üçün qüvvətlər çox qiymətləndirildi: Kokand və Xücənddən uzaq olmayan Punkan bölgəsində kokandlılar inamlı qələbə qazandılar və xan böyük çətinliklə Daşkəndə qaçmağı bacardı.[3]

Uğursuz yürüşdən sonra Yunis Xoca vərəm xəstəliyinə tutulur,siqaretə olan alüdəçiliyi xəstəliyini ağırlaşdırır və bir il sonra dövlətin qurucusu ölür. (Məhəmməd Saleh Daşkəndi vəfatını hicri 1215-ci ilə aid edir).[10]

Məhəmməd Xocanın böyük oğlu,taxta çıxmasından qorxuya düşərək- Niyazbəy qalasına rəhbərlik edən qardaşı Xan Xocanın öldürülməsini təşkil edir. Bu arada, Kokand təhlükəsi getdikcə daha da ciddiləşir: Məhəmməd Xocanın 3 illik hakimiyyəti dövründə dörd dəfə hücum təşkil olunur. Onları məğlubetmək baha başa gəlir: şəhərdə güclü aclıq hökm sürür və qiymətlərin sürətlə artır.[3]

1805-ci ildə Məhəmməd Xocanın ölümündən sonra Yunis Xocanın başqa bir oğlu Sultan Xoca xan oldu,Kokand xanlığı ilə mübarizəsini davam etdirdi. 1807-ci ildə Alim xan qonşusunu fəth etmək üçün qardaşı Ömərin rəhbərliyi ilə 12000 nəfərlik ordu göndərdi. Daşkəndliləri məğlub edərək rəhbərləri Xan Xocanı ələ keçirən Ömər paytaxtın ətrafını tutur. Əvvəlcədən hazırlanmış nəticə kimi Daşkəndin taleyi ortaya çıxdı. Eyni zamanda, hakimiyyəti öz əlinə alan Yunis Xocanın başqa bir oğlu Həmid Xocanın rəhbərliyi altında şəhərin möhkəm müdafiəyə hazır olduğunu müşahidə edərək, Kokand xanı birbaşa hücuma keçməkdən imtina etdi.[3][10]

Fatehlər, dərhal onun tərəfindən vassal elan edilməsi şərti ilə Həmid Xocanın taxtda təsdiqlənməsi ilə razılaşdılar (eyni zamanda, Xanxoca Kokandda edam edildi).[3][10] Ömər Kokanda döndü. Lakin Daşkənddəki hökmdarın mövqeyi bir o qədər xoş deyildi, Kokand əleyhinə mübarizə tamamilə yatırılmadı. 1808-ci ildə şəhər ikinci dəfə Kokanda tabe edildi (yeni yürüşə Alim Xanın özü rəhbərlik etdi),[3] talan edilərək,dağıdıldı. O vaxtdan etibarən birbaşa Kokand xanlığının tərkibinə qatıldı (Rusiya imperiyası tərəfindən fəth edilənə qədər qısa fasilələrlə) və vilayət valisi - bəylərbəyi tərəfindən idarə edildi. 1813-cü ildə Daşkənddə olmuş Filip Nəzərov yazırdı:[6]

" Əvvəllər müstəqil idi, indi isə tabe edildikdən sonra Kokandın bir vilayətinə çevrildi. Keçmiş hökmdarın qalası dağıdıldı. "

Dövlətin idarəetmə quruluşu[redaktə | mənbəni redaktə et]

Daşkənd dövləti, digər Orta Asiya dövlətləri kimi, tipik feodal monarxiyası idi: hökmdarın hakimiyyəti heç nə ilə məhdudlaşmırdı.[10] Daşkənd dövlətinin hökmdarı xan adlandırılır, özünə də işan titulunu vermişdir və əvvəlcə Yunis Xoca - "bölgənin hökmdarı" adlanan vilayət valisi elan edilir.[10]

Daşkənd dövlətinin digər Orta Asiya dövlətlərindən fərqi, xanın yanında məsləhət orqanı kimi feodal məclisinin olmaması idi. Bu funksiya dörd daha nümayəndələrinin məclisi tərəfindən həyata keçirildi.[10] Yunis Xocanın əsas hərbi dəstəyini köçərilər arasındakı tərəfdarları təşkil etsə də, özü də onlarla deyil, şəhər sakinləri ilə məsləhətləşib dövlət işlərinə qərarlar verirdi. Pospelov və Burnaşevin yazdıqlarına əsasən, “Həm milli, həm də hərbi məsələlərdə, şəhər ağsaqqallarından ibarət onunla,Xanla məşvərət şurası Xan məclisi quruldu. Bunlar — əhali tərəfindən şəhər rəhbərliyinin ən yüksək inzibati dövlət vəzifəsinə seçilən (rüb) şəhərin dörd hissəsindən olan ağsaqqallardır. Yunis Xocanın dövlət və hərbi siyasətini, şəhərdəki ən firavan və buna görə də nüfuzlu şəhər əhalisinin təbəqəsindən olanlar, şəhər əhalisinin bu təbəqəsinin özəyini təşkil edən böyük tacir və sənətkarlar yönəldirdilər.

Daşkənd dövlətində rəsmi dövlət yazışmalarında tacik dilindən deyil, özbək dilindən istifadə olunurdu.[10] Ölkədə Xandan sonra ikinci şəxs,dövlətdəki daxili sabitliyi və sakitliyə,vergilərin yığılmasına nəzarət edən başçıxoca (özbək dilindən fərqli olaraq,tacik dilində divanbəyi adlanırdı.[10]) idi. Xanın yoxluğunda dövlət işləri tamamilə onun səlahiyyətinə verilirdi. Bundan əlavə, köçəri əhaliyə nəzarət edən - sərkər vəzifəsi də var idi.[3]

Məhkəmə sistemi mürəkkəbliyi ilə fərqlənirdi. Rəsmi olaraq, ali məhkəmənin başçısı vəzifəsini qazi icra edirdi, lakin böyük cinayətlər onun səlahiyyətində deyildi. Cinayət, oğurluq və icazəsiz silah — barıtqurğuşun ixracı kimi,edam cəzası ilə nəticələnən cinayətlərə — birbaşa xan tərəfindən nəzarət edilirdi. Başçıxoca daha az əhəmiyyətli işlərə də nəzarət edirdi, onlar üçün müvafiq cəzalar tərtib edirdi. Xanın yoxluğunda dövlət qərarları tamamilə başıxocanın hakimiyyətinə verilirdi. Polis funksiyaları ticarətin düzgün aparılması, çəki və ölçülərə nəzarət və müxtəlif dini normalara (namaz, oruc və s.) riayət olunmasından məsul olan raislər tərəfindən həyata keçirilirdi.[3]

Yerlərdə inzibati, məhkəmə və hərbi gücə sahib olan şəhər və kənd hökmdarlarına bəylər deyilirdi. Dövlət iyerarxiyasında ən aşağı yeri ağsaqqallar tuturdu.[3]

Məmurlar maaş almırdılar və öz gəlirlərini nəzarətlərində olan əsgərləri - karakazanları istismar edərək təmin edirdilər. "Karakazan" sözünün - hərfi mənası "qara qazan" olub - bir qazan ətrafında toplanan həmvətənlərinə birlikdə xidmət etmək mənasını verir.[6]

Ordusu[redaktə | mənbəni redaktə et]

Qonşularından fərqli olaraq, Daşkənd dövlətinin daimi ordusu yerli oturaq əhalidən təşkil olunmurdu, əksinə özünə köçəri əhali və əsirlərdən (qazaxlar, kalmıklar, kokandlar, buxaralılar və s.) təşkil olunurdu. Orta Asiya ənənəsinə görə, sülh dövründə döyüşçülərdən əkinçilik və sənətkarlıq işlərində də istifadə olunurdu, lakin, Daşkənddə mülkləri olmadıqları üçün onlar təhkimçi statusu daşıyırdılar. Karakazanlar adlanan əsgərlər, dövlət başçısı da daxil olmaqla böyük məmurlar arasında bölünürdü. Bu işlə özlərini və sahiblərini də dolandırırdılar.[3]

"Daşkənd əfsanəsi" nə (Məhəmməd Saleh Kori Daşkəndinin essesindəki bir əlavəyə görə) görə, karakazanlıların dəstələri öz feodallarına - komandirə tabe olurdular, əmlakında yerləşirdilər, silahlanıb,onlardan at alırdılar. Heyətə yazıldıqdan sonra karakazana özünü və ailəsini təmin etmək üçün mülk verilirdi. Dinclik, sülh dövründə karakazanlar əkinçilik, sənətkarlıq və ya ticarətlə məşğul idilər,vergilərdən və rüsumlardan azad edilirdilər, bunun əvəzində isə feodallarının sahələrində çalışmalı idilər.[11]

Məhəmməd Saleh Daşkəndinin ifadəsinə və ikinci leytenant D. Telyatnikovun məruzələrinə görə, karakazanlar ordusu Yunis Xocanın fərdi dəstələrində, oğullarından və "ən yaxşı məmurlarından" ibarət idi.[9] Bunlara — feodal-qəbilə zadəganlarından olan köçərilər, Məhəmməd Xoca, Xan Xoca, Həmid Xoca kimi oturaq əhaliyə mənsub idilər.[11]

D. Telyatnikovun yazdığına görə, Karakazan dəstələri “əksər hallarda köçəri xalqlardan, məsələn: kalmıklar, özbəklər, kokandlılar, xücəndlər və buxaralılardan təşkil olunurdu. Karakazanlar arasında çox az Daşkənd əhalisi var idi ”. Məhəmməd Saleh Kori Daşkəndi məlumatlarında, karakazanları "auboş", yəni "fərqli millətlərdən gələn qarışıqlar", "avantüristlər", "məğlub olanları talan edən əsgərlər" adlandırırdı.

Karakazanların sayı 2 ilə 6 min arasında dəyişirdi[6] (Yunis Xocanın hakimiyyətə gəlməsindən 12 il sonra da, D. Telyatnikova görə, yalnız 2 min nəfər).[9] Odlu silahları, qılıncları, nizələri, zirehləri var idi. Orduda iri toplar da var idi. Xan döyüş əməliyyatlarının aparılması üçün lazım olan hər şeyi təmin etmişdi.

D. Telyatnikova görə, karakazanlar üç növ silahla silahlanmışdılar. Bəzilərində "türklər" (odlu silahlar), bəzilərində - yay və oxlar, digərlərində isə yalnız nizələr və qılınclar var idi. Karakazan birləşmələri də Yunis Xoca tərəfindən fəal şəkildə genişləndirilən kiçik artilleriyaya sahib idi ( 1796-cı ildə artilleriya olaraq yalnız "zanburaklar" dan istifadə olunurdu - dəmir güllələr atan böyük çaplı tüfənglər, 1800-cü ildə artıq Daşkənd istehsalı olan iri mis toplar var idi). Ordu ayrıca yerli istehsal sursatları ilə də təmin edilirdi (barıt, qurğuşun və s.) və Daşkənd barıtını "Daşkəndlilərin özləri hazırladılar ... qurğuşun Daşkəndin özündə əridilməsinə baxmayaraq, Türküstantdan da əldə edilirdi."[9]

Bundan əlavə, müharibə vəziyyətində, daimi orduya həm oturaq, həm də köçəri xalqlardan ibarət nizami ordu da əlavə edilirdi.

1800-cü illərin əvvəllərinə yaxın qoşun sayı artaraq 6 min nəfərə, feodal nizami ordusunun sayı 50-70 min nəfərə çatdı (bunlardan 30 min nəfəri "əsas" Daşkənd nizami ordusu idi).

Daşkənd Rusiya münasibətləri[redaktə | mənbəni redaktə et]

Xarici siyasətdə Yunis Xoca Sibir üzərindən əlaqələr qurmağı ümid edərək Rusiya xəttinə sadiq qaldı və rus mədən mütəxəssislərinin köməyi ilə mədən işlərinə başladı. Hətta Çin hücumlarından torularaq, torpaqlarını Rusiyanın öz himayəsinə götürməsini istədi (ondan biraz əvvəl Tzin imperiyası bir milyondan çox kalmıkı öldürmüşdü).[3]

Daşkənd dövlətinə ilk rus nümayəndələri Yunis Xocanın məktubundan sonra 1794-cü ildə Ştardman tərəfindən Omskdan göndərildi. Bu nümayəndələrə mədən mühəndisi Q.S. Burnaşev və çavuş A.S. Beznosikov, Tula taciri Sidnev və Daşkənd taciri Karabay da qoşuldu. Buxaradan keçən yolu seçən elçilər Daşkənd ilə Buxara arasındakı münasibətlərin gərgin olması səbəbindən Daşkəndə çata bilmədilər.[3]

Bu heyətə podporuçik Telyatnikov və çavuş A.S.Beznosikov daxil idi. 1796-cı ildə ruslar Daşkənd əyalətində böyük seviclə qarşılandılar və yerli dağlarda araşdırmalar apardılar. Ancaq mis, dəmirqurğuşun xaricində heç bir təbii yataq tapılmadı və qızıl filizinin toz hematitinin olduğu aşkarlandı.[3]

Telyatnikov və Beznosikova qayıdarkən Sibirdən Sankt-Peterburqa gedən səfirlər Mullacanahun Maqzum və Minbaşı Aşur- Əli Bahadır da qoşuldu. Yunis Xocadan bir məktubu və hədiyyələrini I Pavelə çatdırdılar (45 parça atlas və 10 cüt sovsar). Mullacanahun, əlavə olaraq imperatora özü 3 bəbir dərisi və qara lələk gətirmişdi.[3] Buna cavab olaraq Yunis Xocaya hər biri 20 yard olan 2 ədəd brokad , 12 yard yaşıl parça və zəncirli qızıl saat verildi; hər iki elçiyə - 12 arşın parça və 6 arşın yun parça, Maqzuma - əlavə olaraq qızıl saat və üzük verildi.[3]

1798-ci ildə Daşkəndlilər xarici əlaqələr kollegiyasının rəhbəri A. A. Bezborodkodan məktubu ilə sağ-salamat qayıtdılar.[3] Xanın yazılı və şifahi istəklərinə (şifahi istəklər Mullacanahun Maqzum tərəfindən Xarici İşlər kollegiyasının nümayəndəsi S.M. Loşkarevə çatdırılmışdır[3]) cavab olaraq yeni mədən mütəxəssislərinin geri göndərilməsinə razılıq verdi, Daşkənd tacirlərinə maneəsiz ticarəti təmin etdi və Rusiya imperiyasının Daşkənd dövlətini Tzin təcavüzünə qarşı qoruyacağına əmin etdi.[3]

1800-cü ildə Sibir rəhbərliyi T. S. Burnaşev və M. Pospelovu Daşkəndə göndərdi. Mədən mühəndisləri "daş-qaş" nümunələrinin olmadığını təsdiqlədilər və çatılması çətin olan yerlərdə yalnız kiçik mis çöküntüləri tapdılar. Meşə, texnika və mütəxəssis çatışmazlığına toxunaraq Yunis Xocaya metal əritməyin tamamilə mümkün olmadığını dedilər.[3] Geri qayıtdıqdan sonra Rusiya imperiyası mineralların işlənməsində Daşkəndə kömək etməkdən imtina etdi.[3]

Hökmdarların siyahısı[redaktə | mənbəni redaktə et]

  • 1784—1801 Yunis Xoca
  • 1801—1805 Məhəmməd Xoca
  • 1805—1807 Sultan Xoca
  • 1807—1808 Həmid Xoca (özünü Kokand xanlığının vassalı elan etdi)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Зияев; Буряков. История Ташкента (с древнейших времён до победы Февральской буржуазно-демократической революции) (Russian). Ташкент: "Фан" УзССР. 1988. ISBN 5-648-00434-6.
  2. Бабаджанов Б. Б., Кокандское ханство: власть, политика, религия. Токио-Ташкент, 2010, с.97
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 История Ташкента, 1988
  4. Ташкент. Энциклопедия / Главный редактор Зиядуллаев, Саид-Карим — Ташкент: «Главная редакция УзСЭ», 1983. С. 300.
  5. Бабаджанов, Б.М. Кокандское ханство: власть, политика, религия. Токио-Ташкент, 2010, С.114
  6. 1 2 3 4 5 6 Булатова В. А., Маньковская Л. Ю. Памятники зодчества Ташкента XIV—XIX вв. — Ташкент: Издательство литературы и искусства, 1983. С. 37—38.
  7. Ташкент. Энциклопедия / Зиядуллаев С. К. — Ташкент: Главная редакция УзСЭ, 1983. C. 387
  8. 1 2 "Левшин А. И. Описание киргиз-казачьих или киргиз-кайсацких орд и степей. — Алматы: «Санат», 1996". 2018-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  9. 1 2 3 4 "Казацкого Атамана Подпорутчика Телятникова Объявление, 1797 год". 2017-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  10. 1 2 3 4 5 6 7 8 9 Соколов, 1965
  11. 1 2 "СКАЗАНИЕ О ТАШКЕНТЕ". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-09.

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Daşkənd bölgəsində Qarasu adlı bir sıra kanallar var. Daşkənd Çirçik çayının sağ sahilindən axan Qarasu kanalının sahilində yerləşir. [3][10]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • История Ташкента (с древнейших времён до победы Февральской буржуазно-демократической революции). Ташкент: «Фан» УзССР. Зияев Х. З., Буряков Ю. В. 1988. 85–88, 100–105. ISBN 5-648-00434-6.
  • Соколов Ю. А. Ташкент, ташкентцы и Россия (10000 nüs.). Ташкент: Узбекистан. 1965.