İlyasşahilər sülaləsi — Vikipediya

İlyasşahilər sülaləsi—1345–1487-ci illər arasında Hindistanda BenqalBiharda hökm sürən bir xanədan.

Tarixi[redaktə | mənbəni redaktə et]

Tuğluqlular dönəmində Benqal və Şimali Bihar bölgələrində ordu komandanı olarak xidmət edən Məlik İlyas, Benqalda daha öncə müstəqilliyini elan edən Tuğluqlu valisi Əli Mübarəki öldürərək Sultan Şəmsəddin İlyas şah ünvanıyla taxta oturdu (746/1345). Beləcə Benqal və Biharda İlyasşahilər dönəmi başlamış oldu.

border=none Əsas məqalə: İlyas şah

İlyas şah öncə Benqalda hakimiyətini sağlamlaşdırdı. 1346-cı ildə adına sikkə zərb etdirdi. 1351-ci ildə Nepala yönələrək Katmandunu işgal etdi və zəngin qənimətlərlə geri döndü. İlyas şahın gedərək güclənməsi Sultan Firuz şahı əndişələndirdi. Firuz şah, güclü bir ordu ilə Benqala yürüyərək İlyas şahı bir qalada mühasirə altına aldı. Nəticəsiz qalan çarpışmalarda zəif düşən İlyas şah, Firuz şahın hakimiyətini qəbul etmək məcburiyyətində qaldı və Benqal sultanlığı yenidən Dehli sultanlığına qatılmış oldu.

border=none Əsas məqalə: İskəndər şah

1357-ci ildə İlyas şah ölüncə yerinə oğlu İskəndər keçdi. İskəndər şahın Dehli sultanlığından qopmaq istəməsi üzərinə 1359-cu ildə təkrar Benqala yürüyən Firuz şah İskəndər şahın torpaqlarının bir qisminı Dehliyə bağladı. Aparılan anlaşma gərəyi İskəndər şahın Benqalda taxtda oturmasına müsaidə edildi. İskəndər şahın otuz ildən artıq sürən səltənəti sırasında bölgə iqtisadi açıdan istiqrarlı bir dönəm yaşadı. Pandua, Ləknəvti və Gavurda imar-inşaat fəaliyətləri sürətləndi, bir çox məscid və türbə inşa edildi. Bunlar arasında özəlliklə Ləknəvtidə tikilən müəzzəm Adına məscidi diqqət çəkicidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]