Qaoçe Ulu Bəyliyi — Vikipediya

Bəylik
Qaoçe Ulu Bəyliyi
候娄匐勒

 
 
 
 

Rəsmi dilləri Türk dili
Dövlət dini Tenqriçilik
Əhalisi 3 milyon
İdarəetmə forması Bəylik
Bəy
 • 487–503 Afuçjilo


Qaoçe Ulu Bəyliyi — 487-ci ildə Afuçjilo bəyin başçılığı altında Jujan xaqanlığından müstəqil olaraq yaradılmış dövlətdir.

Tərkibi və qurulması[redaktə | mənbəni redaktə et]

Qaoçelər 6 qəbilə və 12 ailədən ibarət idi. Qaoçelər Şelun tərəfindən fəth olunmuşdular. Fufuluo ailəsinin başçısı Afuçjilo 487-ci ildə Yuyçzülyü Tuluna üsyan edərək şimala köçdü və 490-cı ildə Yueban xaqanlığını işğal edərək Qaoçe Ulu Bəyliyini qurdu.

Yüksəlişi[redaktə | mənbəni redaktə et]

Afuçjilo ordusunu hələ 481-ci ildə Qaoçanq krallığına yürüş etdirərək Jujan xaqanlığının vassalı olan kral Kan Şoquini öldürərək yerinə öz adamlarından biri olan Çanq Menminqi yerləşdirdi. Qaoçanq krallığı artıq Qaoçe bəylinin vassalı halına gəldi. Göytürklər dövrünə qədər Şərqi Türkistan Jujanların əlindən çıxıb Qaoçelərin əlinə keçdi.

Ağ Hunlardan asılılıq[redaktə | mənbəni redaktə et]

503-cü ildə Afuçjilodan sonra taxta keçən Biliyan bəy 505-ci ildə üsyan nəticəsində devrildi. Bu fürsətdən istifadə edən Ağ Hunların imperatoru Mihiraqula Afuçjilonun əmisi nəvəsi Mietunu bəy olaraq təyin etdi. Mietu dövründə bəylik gücləndi 508-ci ildə Jujan xaqanı Yuyçzülyü Futu onun tərəfindən öldürüldü. 516-cı ildə isə Mietu özü Yuyçzülyü Çunu tərəfindən öldürüldü.

Jujanlardan asılılıq və çöküş[redaktə | mənbəni redaktə et]

Yuyçzülyü Çunu geriyə qayıdarkən bəyliyin başına Mietunun qardaşı Yifunu qoydu. Yifu 524-cü ildə öləndən sonra Qaoçelər gücdən düşməyə başladılar və sonunda 541-ci ildə Anaxuanın sərkərdəsi Bumın tərəfindən dövlətlərinə son qoyuldu.

Bəylər[1][redaktə | mənbəni redaktə et]

Adı Hakimiyyət dövrü
阿伏至羅 Afuçjilo 487–503
跋利延 Biliyan 503–505
彌俄突 Mietu 505–516
伊匐 Yifu 516–524
越居 Yueçu 524–536
比造 Biçao 536–540
去賓 Kubin 540–541

Tərkibi[redaktə | mənbəni redaktə et]

Qaoçelər 541-ci ildən sonra Göytürk İmperiyasının tərkibində yaşamağa başladılar.

Qəbilələr[redaktə | mənbəni redaktə et]

  1. Di (狄)
  2. Yuanxe (袁纥)
  3. Hulü (斛律)
  4. Ciepi (解批)
  5. Huqü (护骨)
  6. Yikiçin (异奇斤)

Ailələr[redaktə | mənbəni redaktə et]

  1. Kifuli (泣伏利)
  2. Tulu (吐卢)
  3. Yiçan (乙旃)
  4. Dalyan (大连)
  5. Kuhe (窟贺)
  6. Daboqan (达薄干)
  7. A-Lun (阿仑)
  8. Moyun (莫允)
  9. Kifen (俟分)
  10. Fufuluo (副伏罗)
  11. Kige (乞袁)
  12. Yuşupey (右叔沛)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gaoche 高車". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.