Ab urbe condita — Vikipediya
“ab urbe condita” (“anno urbis conditae”; qısaca A. U. C., AUC, a.u.c.; həmçinin “anno urbis”, qısa a.u.) “Şəhərin (Roma) yaranmasından bəri” mənasını verən latın sözüdür. Bu sözə əsasən şəhərin əsası eramızdan əvvəl 753-cü ildə qoyulmuşdur. Digər tərəfdən AUC, bəzi Roma tarixçiləri tərəfindən müəyyən Roma illərini ayırd etmək üçün istifadə olunan təqvim sistemidir. İntibah maarifçiləri bəzən kitablarının AUC sistemində nəşr ilini yazaraq, romalıların AUC sistemindən istifadə etdiyi qənaətini yaradırdılar. Lakin Roma dövründəki təqvim sistemi bundan çox fərqli idi.