Cennifer Eniston — Vikipediya

Cennifer Eniston
ing. Jennifer Aniston
Doğum adı Jennifer Joanna Aniston
Doğum tarixi 11 fevral 1969(1969-02-11)[1][2][…] (55 yaş)
Doğum yeri
Milliyyəti yunan, italyan, şotland
Vətəndaşlığı
Həyat yoldaşı Bred Pitt (2000–2005)
Partnyorları
Atası John Aniston
Anası Nancy Dow
Fəaliyyəti televiziya aktrisası, kino aktrisası, film prodüseri, aktrisa, səsləndirmə aktrisası[d], teatr aktrisası, təşəbbüskar, icraçı prodüser, biznes ledi, kinorejissor
Fəaliyyət illəri 1989-h.h.
Boyu 1,64 m
IMDb ID0000098
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cennifer Eniston (ing. Jennifer Aniston; 11 fevral 1969[1][2][…], Şerman Ouks[d], Kaliforniya[5]) — amerikalı aktrisa, film rejissoru, prodüser və biznes qadınıdır. Ona ilk şöhrətini Friends (1994–2004) serialında oynadığı Rachel Green rolu gətirmişdir və bu rolu sayəsində o, Emmi, Qızıl qlobus mükafatlarını qazanmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cennifer Eniston 11 fevral 1969-cu ildə Kaliforniya ştatının Şerman Ouks şəhərində, yunan aktyoru Con Eniston ilə şotland və italyan mənşəli aktrisa Nensi Dounun ailəsində anadan olub. Bir yaşınadək Cennifer Eniston Yunanıstanda yaşayır və ailə sonradan Nyu-Yorka köçür. 9 yaşı olanda valideynləri boşanırlar. Cennifer Eniston anası ilə qalsa da, tez-tez Los-Ancelesə, atasının yanına getməyə başlayır. Cennifer Eniston 11 yaşında oxuduğu Rudolf Ştaynerin məktəbində dram dərnəyinə gedir. Peşə təhsilini 1987-ci ildə Nyu-Yorkun aktyor ustalığı məktəbində davam etdirir. Cennifer Eniston və Bred Pittin ciddi münasibətləri mətbuatda tez-tez müzakirə olunurdu. 29 iyul 2000-ci ildə onlar Malibuda evlənirlər. Cütlük 7 yanvar 2005-ci ildə ayrılır və həmin il oktyabrın 2-də rəsmən boşanırlar. Bred Pittlə boşandıqdan sonra aktyor Vins Vonla eşq yaşadığı deyilsə də, artıq aktrisa şəxsi həyatının mətbuatda müzakirə edilməsini istəmir.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • “Emmi” mükafatına beş dəfə namizəd görülən Cennifer Eniston bir dəfə qalib gəlir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://www.nytimes.com/movies/person/1831/Jennifer-Aniston/biography.
  2. 1 2 Jennifer Aniston // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 http://people.com/celebrity/jennifer-aniston-and-justin-theroux-marry-in-bel-air-on-august-5/.
  4. 1 2 http://people.com/movies/jennifer-aniston-justin-theroux-breakup-relationship-details/.
  5. 1 2 http://www.examiner.com/x-2530-Celebrity-Profile-Examiner.
  6. 1 2 Jennifer Aniston // Encyclopædia Britannica (ing.).