Akademik

Akademik — elmi ad. Azərbaycanda bu ada Azərbaycan Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvü seçilmiş şəxslər layiq görülürlər. Onların adları aid olduqları akademiyanın adını göstərməklə verilir. Akademik gizli səsvermə yolu ilə akademiyanın iclasında namizədlər arasından seçilir.[1]

SSRİ-də bu, SSRİ Elmlər Akademiyası, müttəfiq respublikaların elmlər akademiyaları və bəzi sahə akademiyalarının həqiqi üzvlərinə deyilirdi. Müttəfiq respublika və bəzi sahə akademiyalarının həqiqi üzvləri həmin akademiyaların akademiki adlanırdı.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
  2. Академик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 198.