Əhdi-cədid — Vikipediya
Erkən Dövr Tarix və Ənənələr Məzhəblər və Hərəkatlar Əsas mövzular |
Əhdi-cədid və ya Yeni Əhd – xristianların müqəddəs kitabı Bibliyanın ikinci bölməsi. Əhdi-cədidin ilk dörd kitabı İncil adlanır.
Əhdi-cədidin məzmunu
[redaktə | mənbəni redaktə et]Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İncildir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir.
İncil Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi-cədidin qədim əlyazmaları
[redaktə | mənbəni redaktə et]Əhdi-cədidin bir çox qədim əlyazmaları müxtəlif muzey və kitabxanalarda saxlanır. İncilin ilk əlyazmaları, çox güman, o dövrdə geniş şəkildə istifadə edilən, amma davamlı olmayan papirusların üzərində yazılmışdır.
İngiltərənin Mançester şəhərində yerləşən Con Raylands Kitabxanasında, Əhdi-cədidin bilinən ən qədim nüsxəsinin bir parçası saxlanılır. Eramızın 130–140-cı illərinə aid olan və Con Raylands Papirusu kimi bilinən bu parçanın üstündə, Yəhyanın Müjdəsinin kiçik bir hissəsi yazılmışdır.[1] Bu papirus kiçik olmaqla bərabər, Yəhyanın Müjdəsinin yazılma tarixindən sadəcə olaraq 40–50 il sonrasına aid olması baxımından xüsusi əhəmiyyətə malikdir.
İsveçrənin Cenevrə şəhərinin yaxınlığında yerləşən Bodmer Kitabxanasında da mühüm papiruslar saxlanmaqdadır. Onlardan biri, eramızın 200-cü ilinə aid olan Yəhyanın Müjdəsidir. Yenə də eyni illərə aid, İncilin Matta, Mark, Luka və Yəhyadan ibarət olan bir nüsxə, çürümə səbəbilə hal-hazırda Lukanın son yarısı ilə Yəhyanın ilk yarısını əhatə edir.[2]
İrlandiyanın paytaxtı Dublində yerləşən Çester Bitti Kitabxanasında bəzi mühüm əlyazmalar saxlanılır. Müjdələrin, Həvarilərin İşləri Kitabının və Vəhyin əlimizdə olan ən qədim nüsxələri, habelə həvari Paulun Məktublarından eramızın 180–200-cü illərinə aid olan ən qədim əlyazması burada saxlanılır.[3]
Əhdi-cədidin qədim əlyazmaları başqa qədim əsərlərin əlyazmalarından sayca çoxdur. Homerin əsərlərinin 110, Vergili və Sofoklun əsərlərinin təqribən 100, Esxilin 50, Platonun 11 əlyazması qaldığı halda, Əhdi-cədidin tamamı və hissələrinin əlyazmaları 5 300-dən artıqdır.[4]
Əhdi-cədidin Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Əhdi-cədidin Azərbaycan dilinə tərcüməsi XIX əsrin ortalarından başlamışdır. 1878-ci ildə Əhdi-cədid bütövlükdə tərcümə olunmuş və Londonda nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-cədid Mirzə Xəzər tərəfindən tərcümə olunub kirill əlifbası ilə nəşr olunmuşdur. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilmişdir. 2009-cu ildə Müqəddəs Kitab Şirkətinin yeni tərcüməsi latın əlifbası ilə çıxmışdır.[5]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bax: http://www.skypoint.com/members/waltzmn/ManuscriptsPapyri.html#P52 Arxivləşdirilib 2012-02-21 at the Wayback Machine
- ↑ Bax: http://legacy.earlham.edu/~seidti/iam/tc_pap75.html Arxivləşdirilib 2011-12-20 at the Wayback Machine; http://www.ewtn.com/library/SCRIPTUR/bodmerpapyrus.HTM Arxivləşdirilib 2018-11-04 at the Wayback Machine
- ↑ Bax: http://www.cbl.ie/Collections/The-Western-Collection/Papyri/Biblical.aspx Arxivləşdirilib 2010-01-07 at the Wayback Machine və http://www.cbl.ie/getdoc/c6212daf-30bd-4c1a-9e85-2b09839d39d0/1.aspx Arxivləşdirilib 2011-12-26 at the Wayback Machine
- ↑ Bax: http://krotov.info/library/bible/comm4/rukopisi.html Arxivləşdirilib 2011-10-12 at the Wayback Machine
- ↑ Bax: Müqəddəs Kitab. Əhdi-ətiq və Əhdi-cədid. Müqəddəs Kitab Şirkəti, Bakı 2009. Səh. i-ii
Mənbə
[redaktə | mənbəni redaktə et]- Müqəddəs Kitab (Əhdi-ətiq və Əhdi-cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
- Əhdi-cədid onlayn: http://www.bible.az
- Əhdi-cədid onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Энциклопедия Кругосвет. Новый Завет. http://www.krugosvet.ru/enc/kultura_i_obrazovanie/religiya/NOVI_ZAVET.html
- Статья "Новый Завет" в Православной энциклопедии "Азбука веры" http://azbyka.ru/dictionary/13/novyi_zavet-all.shtml
- Философская энциклопедия. "Новый Завет" (С.Аверинцев) http://dic.academic.ru/dic.nsf/enc_philosophy/6927
- Əhdi Cədid haqqında[ölü keçid]
- Wolfgang Kosack:Novum Testamentum Coptice. Neues Testament, Bohairisch, ediert von Wolfgang Kosack. Novum Testamentum, Bohairice, curavit Wolfgang Kosack. / Wolfgang Kosack. neue Ausgabe, Christoph Brunner, Basel 2014. ISBN 978-3-906206-04-2.