Serbiya Milli Kitabxanası — Vikipediya

Serbiya Milli Kitabxanası
serb. Народна библиотека Србије
Ümumi məlumatlar
Ölkə Serbiya
Tipi Milli Kitabxana
Yaradılıb 1832
Ünvan Скерлићева 1, Belqrad şəhəri
Digər məlumatlar
ISIL kodu RS-5
Sayt www.nb.rs (serb.)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serbiya Milli Kitabxanası (serb. Народна библиотека Србије) paytaxt Belqradda yerləşir. Serbiyanın ən böyük kitabxanası və ən qədim institutudur.

Tarixi[redaktə | mənbəni redaktə et]

1832-ci ilin fevral ayında ilk serb qəzetinin naşiri Dimitri Davidoviç şahzadə Miloş Obrenoviçə məktub göndərərək, kitabxananın təməlini qoyur. Elə həmin ilin noyabrında şahzadə vacib nüsxələri Milli Kitabxanaya göndərilməsini əmr etdi.[1]

Birinci Dünya Müharibəsi illərində kitabxana binası və kitab kolleksiyaları bombardman nəticəsində zərər gördülər, buna görə də qalan topluları qorumaq üçün onları Belqraddan NişKraquyevats şəhərlərinə apardılar. Müharibə başa çatdıqdan sonra, 1919-cu il Milli Kitabxana və Çap haqqında akt və qanuna əsasən, kitabxana mərkəzi dövlət statusunu əldə etdi və Yuqoslaviya Krallığının hər yerindən nəşr olunan kitabların nüsxələrini almaq hüququnu qazandı

1941-ci ilin aprel ayında, Ox ölkələrinin Yuqoslaviyaya hücumundan sonra nasistlərin Belqradı bombardmanı zamanı kitabxana binası tamamilə dağıldı və onunla birlikdə 500.000 nüsxə kitab toplusu, 1,424 kiril əlyazmaları və nizamnamələrinin qiymətsiz toplusu, qədim xəritələr toplusu və qravyuralar, 4000 jurnal kolleksiyası, 1800 qəzet başlıqları, türk sənədlərinin zəngin və bənzərsiz arxivi və çox sayda siyahılar və kataloqlar məhv olundu.

1944-cü ildə Belqradın azad edilməsindən sonra dəyişən sosial şəraitdə intensiv yenidənqurma dövrü başladı.

Hazırda Serbiya Milli Kitabxanası müasir milli kitabxanadır. Onun məqsədlərinə dünya məlumat axınlarına daxil olmaq, başqa ölkələrin Milli Kitabxanaları tərəfindən tanınması, həmçinin Serbiya cəmiyyətinin inkişafı üçün bir məlumat mənbəyi və hərəkətverici qüvvəyə çevrilmək daxildir.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tri veka burne istorije Narodne biblioteke Srbije" (serb). 2014-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
  2. National Library of Serbia Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine, Conference of European National Librarians.
  3. David A. Norris, Belgrade - A Cultural History, Oxford University Press 2009, page 197 Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine (Google Kitablar).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]