Albaniya Milli Kitabxanası — Vikipediya

Albaniya Milli Kitabxanası
Biblioteka Kombëtare e Shqipërisë
Ümumi məlumatlar
Ölkə Albaniya Albaniya
Yaradılıb 1922
Ünvan Via Sheshi Skënderbej
Fondu
Fondun tərkibi kitablar, jurnallar, qəzetlər, xəritələr, atlaslar
Digər məlumatlar
Direktor Persida Asllani
Sayt bksh.al
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albaniya Milli Kitabxanası (alb. Biblioteka Kombëtare e Shqipërisë) — Albaniyanın paytaxtı Tiranada yerləşən kitabxana.[1] 1920-ci ildə əsası qoyulmuş kitabxana 1922-ci ildən bəri fəaliyyət göstərir.[2][3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Albaniya Milli Kitabxanası (AMK) ölkədə əsas milli-mədəni təşkilatdır. AMK iki binada ibarətdir və Turizm, Mədəniyyət, Gənclər və İdman nazirliyinin nəzdində fəaliyyət göstərir. Tiranada yerləşən kitabxana ölkənin mühüm milli irslərini özündə cəmləşdirir. Ölkə səviyyəsində əhəmiyyətə malik olan müəssisə ölkədəki kitabxana işçilərini bir araya toplayır, kitabxanaçılıq və kitabxanaçılıqla bağlı təhsil alan tələbələr üçün kitabxanada bütün şərait yaradılmışdır. Kitabxanada qorunan əşyalara aiddir: kitablar, dövri nəşrlər, xəritələr, atlaslar, mikrofilmlər və başqa kitabxana materialları. Xüsusi toplular həm ölkə üçün, həm də Avropa Birliyi üçün qiymətlidir. Kitabxana 16 yaşdan böyük insanlar üçün həftədə 72 saat fəaliyyət göstərir. İstifadəçilər kitabxana materiallarını götürə bilər və ya oxu zallarında onlardan istifadə edə bilər. Kitabxana istifadəçiləri kitabxananın saytından xüsusi kataloqlardan kitablar haqqında məlumat ala bilərlər. Kitabxana müdiriyyəti ölkə səviyyəsində gəncləri kitab oxumağa həvəsləndirmək üçün bir neçə sərgilər təşkil edir. Milli kitabxana həmçinin dərslikləri və digər növdə kitablar da nəşr edir. Bu kitabxana həm də Avropada böyük nüfuza malikdir və Avropa Kitabxanaları, Beynəlxalq Kitabxana Assosiasiyalarının Federasiyası kimi mühüm qurumlara üzvdür.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "National Library of the Republic of Albania". LibDex. 2008-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-01.
  2. Etleva Domi. National Library of Albania. Encyclopedia of Library and Information Science. 2003-06-23. doi:10.1081/E-ELIS-120008530. 2019-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-01.
  3. "Albanian National Bibliography". University of Illinois at Urbana-Champaign. 2007-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-01. (#invalid_param_val)