Vaqif Səmədoğlu — Vikipediya
Vaqif Səmədoğlu | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2000 — 59 saylı Qazax 2005 — 107 saylı Qazax |
Əvvəlki | Teymur Bünyadov (59 saylı) vəzifə təsis edildi. (107 saylı) |
Sonrakı | vəzifə ləğv edildi. (57 saylı) Əhməd Vəliyev (107 saylı) |
Şəxsi məlumatlar | |
Doğum adı | Vaqif Səməd oğlu Vəkilov |
Doğum tarixi | 5 iyun 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 2015 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, dramaturq |
Atası | Səməd Vurğun |
Anası | Xavər Vəkilova |
Həyat yoldaşı | Nüşabə Babayeva-Vəkilova[1][2] |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5 iyun 1939, Bakı – 28 yanvar 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992–1994) vəzifələrində çalışmışdır.
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971). C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982–1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.[4] "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992–1994)[5].
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.[6]
2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin sədri, şairin həyat yoldaşı, yazıçı və şərqşünas Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə Vaqif Səmədoğlu medalı təsis olunub.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının Xalq Şairi
- "Əməkdar İncəsənət Xadimi"
- "İstiqlal" ordeni
- "Şərəf" ordeni
- "Humay" mükafatı laureatıdır (1998).
- "Nəsimi" mükafatı (2014)[7].
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
- Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
- Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
- Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
- Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.
- Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilovanın həyat yoldaşı[8][9]
Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsərləri
[redaktə | mənbəni redaktə et]Kitabları
[redaktə | mənbəni redaktə et]- Yoldan teleqramlar. 1968
- Günü baxtı
- Mən burdayam, ilahi. 1996
- Uzaq, yaşıl ada. 1996
- Gürzəçöl yazıları. 2016
Dram əsərləri
[redaktə | mənbəni redaktə et]- Bəxt üzüyü
- İntizar
- Uca dağ başında
- Lotereya
- Yayda qartopu oyunu,
- Yaşıl eynəkli adam,
- Generalın son əmri,
- Mamoy kişinin yuxuları
Şeirləri
[redaktə | mənbəni redaktə et]- Son gecədir bu gün yenə...
- Nəyin istisindən yananlar...
- Bir cüt ayaqqabı...
- Qağayı, axtar məni...
- Anara
- Birlikdən və tənhalıqdan...
- Bu payız da başlandı...
- Eşidirsənmi?..
- Mühit içində...
- Ədalarından çaşdığım qadın...
- Ev. Özgə otağının kiri. Divarda Stalin...
- Dənizdən ayrılmış qupquru qaya...
- Əyrin-üyrün, dar küçələrin...
- Doğuldum 1939-da...
- Uşaqkən ölənlərin...
- Bax bu kitabı da oxuyub...
- Füzuliyə
- Qış gələndə...
- Sən mənim doğma anamsan, Azadlıq...
- Vicdan kirəsi tək gəlir evimə...
- Olan-qalan yayımızı...
- Bir gün dəli olacağam...
- Əlimi uzatdım...
- Uşaqlığımın meşəsində...
- Mən ölən gün...
- Mənə bir az yağış...
- Bir gün səslənəcək bu telefon...
- İlahi, hansı dildə yalvarım sənə?..
- Kağızın üstünə düşüb...
- Ah çəkməyə bir yer...
- İçən günlərimi sayır...
- Aygünə
- Ölüm bir gün də tək qoymur məni...
- Allaha, bir də qadına...
- Məni sevib ayrılmağa...
- Salam, ata...
- Bu əllər əvvəl-axır...
- Ölüm ayağında yuyulan günah kimi...
- Biz yox, Allah inanmır bizə...
- Məzara bənzəyir yaxşı insan...
- Yaman həzin, yanıqlı bir nəğmə kimi...
- Dəlixanada axşamdır...
- Bu yorğunluq nəyə bənddir?..
- O əyri yol, tək vələs...
- Saat neçədir, qumru...
- Niyə görəsən adam bilmək istəyir...
- Gözəl qızlardan, qadınlardan...
- Mənə vətən yolu dar gəlir yenə...
- Sabah kiminsə gözündə nifrət...
- Yusif Səmədoğluna
- İndi gileydən, güzardan...
- O bayrağın kölgəsində...
- Pis olmazdı yavaş-yavaş...
- Günaha batmağım gəlib, ay Allah..
- Polyak qızı, mən sənə...
- Ömrümdə olmalıymış...
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
- Ağır şkaf (film, 1971)
- Ayrılıq bir dənizmiş... (veriliş, 2002)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Bəxt üzüyü (film, 1991)
- Bircəciyim (film, 1986)
- Cin mikrorayonda (film, 1985)
- Çıxılmaz vəziyyət (film, 1983)
- Evləri göydələn yar (film, 2010)
- Evləri köndələn yar (film, 1982)
- Gün keçdi (film, 1971)
- Gün keçdi (film, 2012)
- Xəzinə (film, 1970)
- Karvan (film, 1995)
- Qətl günü (film, 1990)
- Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
- Nəğməkar torpaq (film, 1981)
- Toya dəvətnamə (film, 1973)
- Vurğun ocağı (film, 2003)
- Yaşıl eynəkli adam (film, 1987)
- Yaşıl eynəkli adam-2 (film, 1999)
- Yaşıl eynəkli adam-3 (film, 2002)
- Yumurta (film, 2003)
- Bəxt üzüyü 2 (film, 2017)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ramilə Qurbanlı. "Mən bircə gün Vaqifə can deməsəm..." Müsahibə". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-06.
- ↑ Vaqif Semedoqlu
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 275–277.
- ↑ Mədəniyyət TV. "Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunan musiqili xatirə axşamı keçirilib" (az.). Youtube.com. 30.06.2024. 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-30.
- ↑ "75 yaşlı Səmədoğlu: "Yaşamaq istəyirəm.."". AzVision.az (az.). az.azvision.az. 05.06.2014, 9:49. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-25.
- ↑ İTV. "Vaqif Səmədoğlunun büstünün açılışı olub" (az.). Youtube.com. 22.06.2019. İstifadə tarixi: 2019-06-22.
- ↑ "Xalq Şairi Vaqif Səmədoğluna "Nəsimi" Mükafatı təqdim edildi". 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.
- ↑ "Ramilə Qurbanlı. "Mən bircə gün Vaqifə can deməsəm…" Müsahibə". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-06.
- ↑ Vaqif Semedoqlu