Beşmərtəbəli evin altıncı mərtəbəsi (film) — Vikipediya
Beşmərtəbəli evin altıncı mərtəbəsi | |
---|---|
Janr | dram məhəbbət triller |
Rejissor | Ülviyyə Könül |
Əsərin müəllifi | Anar — Beşmərtəbəli evin altıncı mərtəbəsi |
Ssenari müəllifləri | Elxan Cəfərov Aqil M. Quliyev Ülviyyə Könül |
Baş rollarda | Sənubər İsgəndərli — Təhminə Elxan Cəfərov — Zaur Fuad Poladov — Məcid Gülşad Baxşıyeva — Zivər |
Operator | İsrafil Ağazadə |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Adil Azay |
İstehsalçılar | "Sabah" Yaradıcılıq Birliyi "Murad" Sinema Kompani |
İlk baxış tarixi | 1996 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1996 |
Rəng | rəngli |
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara baxmayaraq onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi...
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir.
- Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Əsərin müəllifi: Anar
- Ssenari müəllifi: Elxan Cəfərov, Aqil M. Quliyev, Ülviyyə Könül
- Quruluşçu rejissor: Ülviyyə Könül
- Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi)
- Quruluşçu rəssam: Adil Azay
- Bəstəkar: Cavanşir Quliyev
- Səs rejissoru: Teymur Abdullayev
- Montaj edən: Əhməd Məcidov
- Rejissor: Əliheydər Şahbazov, Ötkəm İsgəndərov, Rafiq Dadaşov, Teymur Quliyev
- Operator: Nadir Mehdiyev
- Redaktor: Asif Əliyev, İlhamiyyə Rzayeva
- Qrim rəssamı: Çingiz Paşayev
- Qadın bərbəri: Bircəxanım Ağayeva
- Rejissor assistenti: Zibeydə Mirzəyeva
- Operator assistenti: Rafiq Hacıyev
- Rəssam assistenti: Rövşən Mehdiyev, Şahin Həsənov
- İşıqçı: Akif Rəhimov
- Mahnıların mətni: Vaqif Səmədoğlu, Xumar Əliyeva
- Mahnı ifa edən: Sənubər İsgəndərli, Cavanşir Quliyev
- İnzibatçı: Əbdülnəsir Kutiyev, Tərlan Babayev, Oqtay Əliyev
Rollarda
[redaktə | mənbəni redaktə et]- Sənubər İsgəndərli — Təhminə
- Elxan Cəfərov — Zaur
- Fuad Poladov — Məcid
- Gülşad Baxşıyeva — Zivər
- Fərhad İsrafilov — Dadaş
- Ramiz Novruzov — Muxtar
- Gülzar Qurbanova — Mədinə
- Nahidə Əliyeva — Firəngiz
- Ruslan Nəsirov — Cəmil
- Firdovsi Atakişiyev — Spartak
- Aleksandr Şarovski — Sergey
- Nuriyyə Əhmədova — manikürçü
- Faiq Zöhrabov
- Nataliya Aşumova
- Möhsün Hüseynxanlı (Mövsüm Hüseynxanlı kimi)
- Eldar Bağırbəyov
- Elxan Quliyev — iş adamı
- Adil Qulamov
- Ulduz Kazımova
- Əziz Haqverdiyev
- Rüfət Əsədov
- İdris Rüstəmov — nərd oynayan
- Sahib Quluzadə
- Aydın Kazımov
- Xələf Cəfərov
- İslam Həsənov
- Rəna Abbasova
- Leyla Xasməmmədova
- Tofiq Musayev
- Ruqiyyə Quliyeva
- Coşqun Rəhimov — ofisiant
- Zibeydə Mirzəyeva
- Rafael İsgəndərov — rəqs edən