Gürzəçöl yazıları (kitab) — Vikipediya

Gürzəçöl yazıları
Gürzəçöl yazıları
Kitabın 2016-cı il nəşrinin üz qabığı
Kitabın 2016-cı il nəşrinin üz qabığı
Müəllif Vaqif Səmədoğlu
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2016
Nəşriyyat Parlaq İmzalar
Səhifə 160
ISBN ISBN 978-9952-4940-3-7

Gürzəçöl yazılarıVaqif Səmədoğlunun pritçalarından ibarət kitabı.

Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun ilk dəfə çap edilən pritçaları "ATV Kitab" seriyasının “Parlaq İmzalar”la birgə layihəsi çərçivəsində nəşr olunub. Bu kitab silsilənin 7-ci nəşridir. Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Nəşrin redaktoru Toğrul Musayev, bədii-texniki tərtibat İsmayıl Süleymanlıya aiddir.[1]

Məzmun[redaktə | mənbəni redaktə et]

" Bir gün təsadüfən üzərində “Gürzəçöl yazıları” yazılmış dəftər əlimə keçdi. Adını eşitsəm də, əsərin özünü görməmişdim.“Tapıntı”ma sevindim. Dəftəri, cırılmasın deyə, ehmalla vərəqlədim. Mürəkkəbli qələmlə yazılmış pritçalar idi. Üstündə çox əl gəzdirilmiş, nəsə pozulmuş, nəsə yazılmışdı. Bu, qaralama idi. Sənə: “Gəl bunu makinada yığım, çap edək” – dedim. Və indiyədək dəftəri görmədiyimə görə təəccübümü gizlətmədim. Sən çox ciddi tərzdə dəftəri əlimdən alaraq: “Üzərində işləməliyəm” – dedin. (Bu zaman, düzü, bir az incidim də) Və dəftəri göz-dən uzaq bir yerə qoydun. Belə ki, daha heç gözümə də dəymədi. Sonralar o yazıların taleyi ilə bağlı bir-iki dəfə maraq göstərsəm də, sənin susmağın mənimçün də bu mövzunu bağladı. O gündən nə az, nə çox 15 il vaxt ötdü... “Gürzəçöl yazıları”nı bu gün tapdım. Yox, bu “tapıntı”ma daha sevinmirəm. İçimdə bir üşütmə var. Dəftər də əlimə ağır gəlir. Daş kimi ağır... Sənin yoxluğun yazılarının çəkisini də ağır edib...
Nüşabə Babayeva-Vəkilova
"

Təqdimat[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində iştirak edən şairin həyat yoldaşı, kitabın tərtibçisi və redaktoru Nüşabə Vəkilova, fakültənin dekanı Elçin Məmmədov, professor Tofiq Hüseynoğlu, şairin yaradıclığının tədqiqatçısı, ədəbiyyatşünas İradə Musayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, fakültədə fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin rəhbəri, dosent Məti Osmanoğlu və tələbələr çıxış edib. Tədbirdə V. Səmədoğlunun şeirləri səsləndirilib, pritçaları və poeziyası haqqında fikirlər, mülahizələr söylənilib, şairlə bağlı xatirələr yad olunub.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Vaqif Səmədoğlunun "Gürzəçöl yazıları" kitabı çapdan çıxıb". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
  2. Xalq şairi Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]