Tamilla Abdullayeva — Vikipediya

Tamilla Abdullayeva
Digər adı Tamella Abdullayeva
Doğum tarixi (80 yaş)
Doğum yeri Tovuz, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1965-ci ildən
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2007 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978"Teatr Xadimi" qızıl medalı — 2007

Tamilla (Tamella) İslam qızı Abdullayeva (10 dekabr 1943, Tovuz) — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007).

Həyatı[redaktə | mənbəni redaktə et]

Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır.[1]

Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır.[1][2]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rəhimli, 2017. səh. 292–293
  2. AME, 2009. səh. 39–40
  3. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 441. ISBN 5-8020-0852-0.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]