Beynəlxalq Mülki Aviasiya Təşkilatı — Vikipediya

Beynəlxalq Mülki Aviasiya Təşkilatı
ICAO
Loqonun şəkli
Növü Beynəlxalq təşkilat
Yaranma tarixi 1944
Rəsmi dili ingilis, rus, fransız, ərəb, ispan, çin
Mərkəzi Monreal, Kanada
icao.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAOBMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispanrus dilləridir.

ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir[1]. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir.

1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib.

ICAO nizamnaməsi[redaktə | mənbəni redaktə et]

Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).

Konvensiya beynəlxalq standartları və praktik tövsiyələri müəyyən edən 19 əlavə (ing. Annexes) ilə tamamlanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "История ИКАО и Чикагской конвенции". ИКАО. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • icao.int — Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmi saytı