İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel — Vikipediya

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel
azərb. İDHP
ing. IPCC
ing. Intergovernmental Panel on Climate Change
Loqonun şəkli
Növü Panel
Fəaliyyəti Aktiv
Yaranma tarixi 1988
Mərkəzi Cenevrə, İsveçrə
Qurucusu
Prezident Hoysun Li
ipcc.ch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel(ing. Intergovernmental Panel on Climate Change)- iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə beynəlxalq qurumdur. Bu qurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən iqlim dəyişikliyi və onun potensial ekoloji və sosial-iqtisadi təsirləri haqqında məlumatların mövcud vəziyyəti ilə əlaqədar dünyanı açıq elmi mülahizələrlə təmin etmək üçün yaradılmışdır.[1][2]

İDHP-i hökumətlərarası və elmi bir orqandır. Hal-hazırda BMT-yə və WMO-ya üzv olan 194 ölkə eyni zamanda İDHP-nın üzvüdürlər[3] və bu ölkələr iqlim dəyişikliyi anlayışına uyğun olaraq dünya üzrə ən son elmi, texniki və sosial-iqtisadi məlumatları nəzərdən keçirir və qiymətləndirirlər. İDHP-nin elmi və hökumətlərarası statusuna görə, bu qurum qərar qəbul edən şəxslərə ciddi və balanslı elmi məlumatlar təqdim etmək üçün unikal bir şərait yaradır. Bu səbəbdən Təşkilatın işi müvafiq siyasətlə bağlı olmaqdan savayı, həm neytral siyasətə və həm də təlimatsız siyasətə əsaslanır.[4]

İDHP hər hansı bir tədqiqat apamır və ya iqlimə bağlı məlumatları və amilləri izləmir. Dünyanın hər bir yerindən minlərlə alim könüllülük əsasında İDHP-in işinə yardım edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "About the IPCC". Intergovernmental Panel on Climate Change. 2 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2019.
  2. "A guide to facts and fictions about climate change" (PDF). The Royal Society. March 2005. 3 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 November 2009.
  3. "A guide to facts and fiction about climate change". The Royal Society. March 2005. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2007.
  4. "Principles Governing IPCC Work" (PDF). 2019-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]