Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı — Vikipediya

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı
UN Environment
ing. United Nations Environment Programme
Loqonun şəkli
Növü Proqram
Yaranma tarixi 5 iyun, 1972
Mərkəzi Nayrobi, Keniya
Sədr Danimarka Danimarka Inger Andersen
unenvironment.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (ing. United Nations Environment Programme) — Birləşmiş Millətlər Təşkilatının qurumlarından biri. Ətraf mühitlə bağlı fəaliyyətlərini əlaqələndirir, inkişaf etməkdə olan ölkələrdə ekoloji təmiz siyasət və praktikaların həyata keçirilməsində kömək edir.

Tarixi[redaktə | mənbəni redaktə et]

BMTƏMP-nın əsası 1972-ci il iyun ayının 5-də Keniyanın Nayrobi şəhərində qoyulmuşdur. Birləşmiş Millətlər Təşkilatının İnsan və Ətraf Mühit Konfransının nəticələrinə əsasən təsis edilmişdir.[1]

İcraçı direktorların siyahısı[redaktə | mənbəni redaktə et]

# Şəkil Ad
(Doğum-vəfat tarixi)'
Milliyyəti Vəzifəyə başlayıb Vəzifəsini tərk edib
1 Maurice Strong Mauris Stronq[2]
(1929–2015)
Kanada Kanada 1972 1975
2 Mostafa Tolba Mustafa Kamal Tolba
(1922–2016)
Misir Misir 1975 1992
3 Elizabeth Dowdeswell Elizabet Daudesvell
(doğum tarixi 1944)
Kanada Kanada 1992 1998
4 Klaus Töpfer Klaus Töpfer
(doğum tarixi 1938)
Almaniya Almaniya 1998 2006
5 Achim Steiner Achim Stayner
(doğum tarixi 1961)
Braziliya Braziliya Almaniya Almaniya 2006 2016
6 Erik Solheym
(doğum tarixi 1955)
Norveç Norveç 2016 2018
7 Joyce Msuya
(representatively)
Tanzaniya Tanzaniya 2018 2019
8 Inger Andersen
Danimarka Danimarka 2019 Hazırkı

Strukturu[redaktə | mənbəni redaktə et]

BMTƏMP-nın tərkibinə yeddi əsas bölmə daxildir:

  • Erkən Xəbərdarlıq və Qiymətləndirmə / ing. Qlobal Ekoloji Mexanizmi Koordinasiya; DGEF
  • Ətraf Mühit Siyasəti Tətbiqi / ing. Environmental Policy Implementation; DEPI
  • Texnologiya, Sənaye və İqtisadiyyat / ing. Technology, Industry and Economics; DTIE
  • Regional Əməkdaşlıq / ing. Regional Cooperation; DRC
  • Ekoloji Hüquq və Konvensiyalar / ing. Environmental Law and Conventions; DELC
  • Kommunikasiya və İctimai Məlumatlar / ing. Communications and Public Information; DCPI
  • Qlobal Ekoloji Mexanizmi Koordinasiya / ing. Global Environment Facility Coordination; DGEF

Fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

BMTƏMP-nın əsas fəaliyyətlərinə aşağıdakılar daxildir:[3]

  • İqlim dəyişikliyi;
  • fəlakətlər və münaqişələr;
  • ekosistem idarəçiliyi;
  • ekoloji idarəetmə;
  • ətraf mühitin nəzərdən keçirilməsi;
  • zərərli maddələr;
  • resurslardan səmərəsli istifadə.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gladwinn Hill (October 20, 1975), U.N. Environment Effort: A Start, a Long Way to Go Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine New York Times.
  2. Schrijver, Nico. Development Without Destruction: The UN and Global Resource Management. United Nations Intellectual History Project Series. Bloomington, IN: Indiana University Press. 2010. səh. 116. ISBN 978-0-253-22197-1. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
  3. "United Nations Environment Programme". unep.org. November 2011. April 22, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 17, 2011.