Fidel Kastro — Vikipediya

Fidel Kastro
isp. Fidel Alejandro Castro Ruz
bayraq
Kuba nazirlər şurasının sədri
bayraq2
16 fevral 1959 – 24 fevral 2008
ƏvvəlkiJosé Miró Cardona
SonrakıRaul Kastro
Şəxsi məlumatlar
Doğum adı Fidel Alejandro Castro Ruz[4]
Doğum tarixi 13 avqust 1926(1926-08-13)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 noyabr 2016(2016-11-25)[1][2][…] (90 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, partizan, jurnalist, inqilabçı, dövlət xadimi
Uşaqları 8[3] (Fidel Kastro Diaz-Balart daxil olmaqla)
Dini Aqnostisizm
Hərbi xidmət
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[5]

Təltifləri Emblem of the Republic
Sovet İttifaqı Qəhrəmanı
Star of People's Friendship "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı 1-ci dərəcəli "Xidmətlərinə görə" ordeni 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni Xose Marti ordeni Order of Belize Bintang Mahaputera Adipurna Grand Cross of the Order of Polonia Restituta Order of the Nile Grand Cross of the Order of the Aztec Eagle Star of the Socialist Republic of Romania Order of Eduardo Mondlane, 1st class Grand Collar of the Order of Good Hope Order of the Companions of O. R. Tambo Order of Klement Gottwald Order of Timor-Leste "Xilaskar" ordeni Order of Merit Order of Jamaica Order of Merit of Duarte, Sanchez and Mella Order of the Crown of the Realm "Ho Şi Min" ordeni Grand Cross of the National Order of Mali "Georgi Dimitrov" ordeni "Karl Marks" ordeni Order of the Quetzal
Lenin sülh mükafatı
Order of Omar Torrijos Herrera Order of Agostinho Neto Order of the Yugoslavian Great Star
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[1][2][…], Biran25 noyabr 2016[1][2][…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub.

Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub.

Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib.

İlkin illəri (1926–1945)[redaktə | mənbəni redaktə et]

Uşaqlıq dövrü[redaktə | mənbəni redaktə et]

Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kastro təhsilini Çilinin paytaxtı Santyaqoda katolik internatında alıb, həm də Havanadakı yezuit kollecində oxuyub. Sonradan Kastro Havana universitetinə daxil olubdur və oranı hüquq təhsili üzrə bitiribdir. 50-ci illərin əvvəllərində o, Kuba xalqları partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb. Kubada 1952-ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevriliş olub və diktatura rejimi qurulub. Bundan sonra Kastronun da üzv olduğu "Ortodokslar" partiyası Batistanın diktatura rejiminə qarşı mübarizəyə başlasa da, tezliklə dağıdılıb. Buna baxmayaraq Kastro bu partiyanın üzvlərindən kiçik bir qrupunu öz ətrafına cəmləyərək Batistanın rejimini devirmək üçün hazırlıqlara başlayıb.

1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhdini göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb. Kastronun qrupunun üzvlərindən çoxu öldürülüb, onun özü isə həbs olunaraq hərbi tribunala verilib. Ancaq Kastro onun üzərində qurulan məhkəməni də Batista rejiminə qarşı hücum üçün istifadə edib. O, məhkəmədə "Tarix mənə haqq qazandıracaq" adlı məşhur çıxışını edib və Batistanın diktatura rejimini sərt şəkildə tənqid edərək ölkədə milli-azadlıq hərəkatının proqramını açıqlayıb. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrum etsə də o, üç il sonra ictimaiyyətin təzyiqi ilə əfv olunub. Həmin il o, Meksikaya mühacirət edib.

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb. Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub.

47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub.

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Kastro rejimini devirmək üçün onlarla əməliyyat qurub. Ancaq "komandante" ləqəbli Kastro bütün bunlardan salamat çıxıb. Kastro alovlu natiq kimi də tarixə düşüb. O, saatlarla dayanmadan danışa bilirdi. Məsələn, o, Amerika konqresmenlərinə sağlam inək sortunun yetişdirilməsi barədə üç saat mühazirə oxuyub, BMT Baş Assambleyasının toplantısında isə yeddi saat çıxış edib. Kastronun şəxsi həyatı barədə çox az məlumat var. Onun neçə arvadının olduğu dəqiq məlum deyil, ancaq Kastro bu vaxtadək üç dəfə evlənib.

Məlumdur ki, onun birinci arvadı Batista rejiminin nazirlərindən birinin qızı olub. Həmin evlilikdən Kastronun bir oğlu var. Onun altı övladının olduğu deyilir. İkinci evlilikdən olan qızı Alina 1993-cü ildə saxta ispan pasportuyla ABŞ-yə qaçıb və sonradan Kastronun şəxsi həyatı haqda kitab yazıb. Kastronun bacısı Xuanito da 60-cı illərdə ABŞ-yə mühacirət edib. Çünki diktator öz yaxınlarına münasibətdə də amansız idi.

Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Ancaq MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək. Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi. Kastro həmişə geydiyi tünd rəngli frençlə tarixə düşüb. Kubalılar Kastronu həmişə bu frençdə görüblər. Xarici görünüşünə görə o, adi hərbi mundirdən fərqlənmir, ancaq əslində o xüsusi materialdan hazırlanıb və onun bədənində sabit temperatur saxlayır.

Hakimiyyətdən sonra[redaktə | mənbəni redaktə et]

Ümumilikdə Fidel Kastro siyasi karyerasında 1959–1976-cı illərdə Kubanın baş naziri, 1976–2008-ci illərdə isə dövlət başçısı olmuşdur. 1961–2011-ci illərdə Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışan Kastro 1979–1983 və 2006–2008-ci ilədə isə Qoşulmama Hərəkatının baş katibi olub.

50 ilə yaxın dövləti idarə edən Kastro səhhətinə görə 2006-cı ildə bütün vəzifələrindən getmiş və hakimiyyət başına qardaşı Raul Kastro keçmişdir. O, 2008-ci ildən rəsmi prezident kimi vəzifəsini davam etdirir. Fidel Kastro isə özü vaxtını evində keçirir, arabir müsahibələr verir və Kubaya rəsmi səfər edən şəxslərlə görüşürdü, amma onun Kuba hakimiyyətinə təsiri qalmaqda idi. Ömrünün son illərində xəstəlikdən taqətdən düşmüşdü və dəfələrlə onun ölümü haqqında xəbərlər yayılmışdı. Ancaq bu xəbərlər birmənalı təkzib edilirdi, amma 25 noyabr 2016-cı ildə[6] Kuba dövlət televiziyası Fidel Kastronun çoxlu orqan çatışmazlığından ömrünün 90-cı ilində vəfat etdiyini bildirmişdir. Vəsiyyətinə əsasən, meyidi yandırılmış və kül edilmişdir. Fidel Kastronun külü ilk əvvəl paytaxt Havanadakı Xose Martin memorial abidəsi önündə millətə nümayiş etdirilmişdir.[7] İki gündən sonra Fidel Kastronun külü "UAZ-469" markalı avtomobildə dəfn olunması üçün avtomobillə Santyaqo-de-Kuba şəhərinə yola salınmışdır. 3 dekabrda külü Santa-İfigeniya şəhər qəbiristanlığında Xose Marti Mavzoleyi yanında dəfn edilmişdir.[8]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 http://www.nytimes.com/2016/11/26/world/americas/fidel-castro-dies.html.
  2. 1 2 3 4 Fidel Castro // filmportal.de. 2005.
  3. 1 2 http://www.abc.es/estilo/gente/20150514/abci-fidel-castro-mujer-201505131724.html.
  4. https://www.14ymedio.com/opinion/importancia-llamarse-Alejandro_0_2892910685.html.
  5. Kuba. Prezident (1976-2008 : Castro) // Çex Milli Hakimiyyət Məlumat bazası.
  6. APA TV. "Fidel Kastro öldü" (az.). Youtube.com. 25.11.2016. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-26.
  7. "Kuba xalqı Fidel Kastro ilə vidalaşır". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-03.
  8. "Fidel Kastro son mənzilə yola salındı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]