Tomas Sankara — Vikipediya

Tomas Sankara
fr. Thomas Sankara
Şəxsi məlumatlar
Doğum adı Thomas Isidore Noël Sankara
Doğum tarixi 21 dekabr 1949(1949-12-21)[1][2][…]
Doğum yeri
  • Yako[d], Fransa Qərbi Afrikası[d]
Vəfat tarixi 15 oktyabr 1987(1987-10-15)[1][2][…] (37 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Fəaliyyəti siyasətçi, zabit, dövlət xadimi, əsgər
Dini katolisizm
Hərbi xidmət
Mənsubiyyəti Burkina-Faso
Rütbəsi kapitan

İmzanın şəkli
thomassankara.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Thomas Isidore Noël Sankara (21 dekabr 1949[1][2][…], Yako[d], Fransa Qərbi Afrikası[d]15 oktyabr 1987[1][2][…], Uaqaduqu[3]) — Burkina Fasonun 1983-1987-ci illərdəki dövlət başçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 Noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin Avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür.

Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı. Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı “Pejo” markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, üç gitardan və dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu. 15 Oktyabr 1987-ci ildə Blaise Compaoréin başçılığı ilə yeni bir çevriliş rellaşdı. Çevriliş zamanı vuruşmalarda Sankara da öldürüldü.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: “mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram”. Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi. O, “Mersedes” markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka olan “Reno” avtomobilləri ilə təmin etmişdi.

Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı. Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir dəfə Sankara nazirlər kabinetinin yarısını işdən çıxardıb kollektiv fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi.

Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Ray C. Thomas Sankara // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118975536 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]