Telman Kazımov — Vikipediya

Telman Kazımov
bayraq
Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri
bayraq2
12 aprel 1982 – 24 oktyabr 1988
Əvvəlkiözü (idarə nazirliyə çevrilib)
Sonrakınazirlik ləğv edilib
bayraq
Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi
bayraq2
16 iyun 1976 – 12 aprel 1982
ƏvvəlkiNəriman İsayev
Sonrakıözü (idarə nazirliyə çevrilib)
Şəxsi məlumatlar
Doğum tarixi 9 fevral 1937(1937-02-09)
Doğum yeri
Vəfat tarixi 31 oktyabr 2016(2016-10-31) (79 yaşında)
Təhsili
Fəaliyyəti mühəndis-konstruktor, dövlət xadimi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
"Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı — 1990

Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır.[1] İnstitutda kafedra assistenti olmuşdur.[2]

Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır.[3]

Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir.[4] 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.[1]

Telman Kazımov Azərbaycan 1963-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 9 və 10-cu çağırış deputatı olmuşdur.[5] "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri və "Rəşadətli əməyə görə" medalı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adına layiq görülmüşdür. O, 1997-ci ildən Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü olmuşdur.[1]

Telman Kazımov 2016-cı ildə vəfat etmişdir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Казымов Телман Мәммәд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 258–259. ISBN 5-89600-253-x.
  2. Казымов Телман Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 213.
  3. Nuriyev, E; Allahverdiyev, Z. Telman Məmməd oğlu Kazımov // Azərbaycanın inkişafında tikinti kompleksinin rolu. Bakı: Şərq-Qərb. 2011. S. 105–110.
  4. İbrahimov, B.; Allahverdiyev, Z. Kazımov Telman Məmməd oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 198–201. 400 tiraj.
  5. Казымов Телман Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 208.
  6. Öz dəsti-xətti ilə seçilən xadim, böyük alim // "Report" İnformasiya Agentliyi. 21 noyabr 2016. 4 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]