İmambağı — Vikipediya

İmambağı
39°20′54″ şm. e. 47°05′08″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 380 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
İmambağı xəritədə
İmambağı
İmambağı

İmambağıAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Imambağı oyk., sadə. Cəbrayıl rayonunun Cəbrayıl qəsəbə inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Imanbağı şəklində də işlənir. Yaşayış məntəqəsini keçmiş Mirzəcanlı kəndindən köçmüş ailələr İmamqulubəy adlı şəxsə məxsus İmambağı adlanan ərazidə saldıqları üçün belə adlandırılmışdır.[2]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427