Məzrə (Cəbrayıl) — Vikipediya

Məzrə
39°19′ şm. e. 47°06′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 280 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Məzrə xəritədə
Məzrə
Məzrə

MəzrəAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir.[2]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Tarixi[redaktə | mənbəni redaktə et]

1918–1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür.[3]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd düzənlikdə yerləşir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  2. "Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi". qafqazinfo.az (az.). 5 oktyabr 2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  3. Mart Soyqırımı, Qarabağda Baş Verənlər [ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]