"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı — Vikipediya

"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı

Ölkə
Tip medal
Status təqdim olunur
Statistika
Parametrlər 95 mm х 40 mm
Təsis tarixi 3 aprel 2018
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)" yubiley medalı
Aşağı mükafat "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalıAzərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifi.[1]

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.[1]

Təltif edən orqan[redaktə | mənbəni redaktə et]

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təltif edilir.

Taxılma qaydası[redaktə | mənbəni redaktə et]

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Medalın təsviri[redaktə | mənbəni redaktə et]

Medalın ümumi təsviri[redaktə | mənbəni redaktə et]

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi[redaktə | mənbəni redaktə et]

  • Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca "GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur.
  • Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Bütün yazılar və təsvirlər relyefli olaraq, qabarıqdırlar.

Medalın arxa tərəfi[redaktə | mənbəni redaktə et]

  • Medalın arxa tərəfi hamarsəthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medalın elementləri[redaktə | mənbəni redaktə et]

  • Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 8 mm enində mavi rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru ardıcıl olaraq, 6,5 mm enində göy rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində qızılı rəngli, 2 mm enində tünd göy rəngli, 1,5 mm enində bənövşəyi rəngli, 2,5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
  • Elementin yuxarı hissəsinə üzərində dalğalar təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
  • Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Azərbaycan Respublikasının "Gəmiçilik sahəsində xidmətlərə görə" medalının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.