"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı — Vikipediya

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı

Ölkə
Tip yubiley medalı[d]
Statistika
Təsis tarixi 14 dekabr 2021
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi" yubiley medalı[1]
Aşağı mükafat "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi" yubiley medalı[1]

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 illiyi münasibətilə 14 dekabr 2021-ci ildə təsis edilmişdir.

Tarixi və əsasnaməsi[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[2] Qanunun tətbiqi isə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021-ci il tarixli 1530 nömrəli Fərmanı ilə müəyyən edilmişdir.[3]

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən təltif edilirlər.

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenmedalları olduqda, onlardan sonra taxılır.

Təsviri[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalının təsviri 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[2]

Medalın ümumi təsviri

  • "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Medalın ön tərəfi daxili və xarici çevrələrlə konturlanmışdır.
  • Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca tünd göy rəngli fonda "Azərbaycan Dövlət Pedaqoji Universiteti" sözləri, aşağı qövs boyunca "1921–2021" rəqəmləri yazılmışdır. "1921–2021" rəqəmlərindən sol və sağ tərəflərdə yuxarıya doğru uzanan sünbül budaqları, ondan sonra isə səkkizguşəli ulduz təsvir olunmuşdur.
  • Medalın daxili çevrəsinin üzərində qızılı rəngli fonda ucları aşağıdan yuxarıya uzanan aypara və onun mərkəzində təhsili simvolizə edən kitab emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində "ADPU – 100" sözləri həkk edilmişdir.
  • Səkkizguşəli ulduz, çevrənin konturları, aypara və kitab emblemi, sözlər və rəqəmlər, "ADPU – 100" loqotipi və sünbül budaqları relyefli olaraq qızılı rəngdədir.

Medalın arxa tərəfi

  • Medalın arxa tərəfinin yuxarı hissəsində loqotip şəklində qızılı rəngdə "ADPU – 100" sözləri, mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının tarixi hissəsinin eskizi relyefli həkk olunmuşdur.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Medalın elementləri

  • Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru isə sünbül budaqları təsvir edilmiş qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilmişdir.
  • Xara lentin üzərində kənarlardan mərkəzə doğru ardıcıl olaraq 1,5 mm enində qızılı, 2 mm enində ağ, 7,5 mm enində qızılı, 2 mm enində ağ, 3,5 mm enində tünd göy və mərkəzdə eni 4 mm olan qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. 1 2 ""Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu" (PDF). president.az. 27 dekabr 2021. 2022-11-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 noyabr 2022.
  3. ""Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". president.az. 27 dekabr 2021. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2022.