"Ədliyyə sahəsində fərqlənməyə görə" medalı — Vikipediya

"Ədliyyə sahəsində fərqlənməyə görə" medalı

Ölkə Azərbaycan
Tip Medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 29 iyun 2012
Ardıcıllıq
Yüksək mükafat "Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı[1]
Aşağı mükafat "Azərbaycan Ədliyyəsinin 100 illiyi" yubiley medalı[1]

"Ədliyyə sahəsində fərqlənməyə görə" medalıAzərbaycan Respublikasının dövlət təltifi.[2]

Əsasnaməsi[redaktə | mənbəni redaktə et]

"Ədliyyə sahəsində fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[3]

Maddə 1. Təltif edilən şəxslər

  • "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə ədliyyə sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər:

ədliyyə orqanlarında qulluqda xüsusi fərqlənməyə görə; ədalət mühakiməsinin həyata keçirilməsi işinə əhəmiyyətli töhfə verməyə görə; ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə; ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka və digər xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

  • Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

  • "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
medal haqqında ƏSASNAMƏ[3]

Təsviri[redaktə | mənbəni redaktə et]

"Ədliyyə sahəsində fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[3]

Maddə 1. Medalın ümumi təsviri

  • "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) guşələri milli ornamentlə işlənmiş, on iki guşəli ulduzu xatırladan kompozisiyadan ibarətdir. Ulduzun əks ucları arasındakı məsafə 37 mm-dir.

Maddə 2. Medalın ön tərəfi

  • Ulduzun üzərində diametri 29 mm olan, gümüşü rəngli dairəvi lövhə yerləşdirilmişdir. Lövhənin üzərində göy mina ilə örtülmüş və kənarları qabarıq qızılı xətlə haşiyələnmiş dairəvi şərq qalxanı, yuxarı hissəsində aypara və səkkizguşəli ulduz, ortada kitab, qılınc və tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir.
  • Qalxan aşağı hissəsindən ortasınadək hər iki kənarı boyunca qızılı rəngli dəfnə budaqları ilə əhatə olunmuşdur. Qalxanın dövrəsinin dəfnə budaqları ilə örtülməyən, qabarıq haşiyələnmiş görünən ətrafı üzərinə doqquz düymə bərkidilmişdir.
  • Medalın aşağı hissəsində, ortada ulduzun guşələrinə bərkidilmiş, kənarları qızılı xətlə haşiyələnmiş, qırmızı mina ilə örtülmüş dalğavari lentin üzərinə qabarıq qızılı hərflərlə "ƏDLİYYƏ" sözü həkk edilmişdir.

Maddə 3. Medalın arxa tərəfi

  • Medalın arxa tərəfinin səthi hamardır, ortada "ƏDLİYYƏ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri, ondan aşağıda medalın nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

  • Medal paltara taxılmaq üçün elementi olan 27 mm x 43 mm ölçüdə qızılı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşir. Lövhənin üz tərəfi 2 hissədən ibarətdir. Üst hissə hər birinin eni 8 mm olan, kənarlarda qızılı çalarlı, ortada qırmızı rəngli 3 şaquli zolaq təsvir edilmiş xara lentlə örtülmüşdür. Lentin şaquli kənarları eni 1,5 mm olan qara rəngli zolaqla haşiyələnmişdir. Lövhənin alt hissəsi medalın ulduzunun bir guşəsini xatırladan milli ornamentli təbəqədən ibarətdir.
  • Medala paltara taxılmaq üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
medalın TƏSVİRİ[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. ""Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  3. 1 2 3 4 ""Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə". 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.