Yaşar Babayev (futbolçu) — Vikipediya
Yaşar Babayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 aprel 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 2021 (80 yaşında) |
Vətəndaşlığı | |
Boyu | 172 sm |
Mövqeyi | müdafiəçi |
Yaşar Babayev (21 aprel 1941, Kirovabad – 12 sentyabr 2021) — Azərbaycan futbolçusu; uzun müddət "Neftçi"də oynamışdır
Həyatı[redaktə | mənbəni redaktə et]
Yaşar Babayev 21 aprel 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib.
Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi PFK"nın heyətində çıxış edib.
O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir.
Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.
Yaşar Babayev 12 sentyabr 2021-ci ildə 80 yaşında dünyasını dəyişmişdir.[1]
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- ↑ "Veteran futbolçu Yaşar Babayev dünyasını dəyişdi". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-12.