Rəşad Tağıyev — Vikipediya
Rəşad Tağıyev | |
---|---|
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı | |
Vəzifədədir | |
14 sentyabr 2021-ci ildən | |
Əvvəlki | Alimpaşa Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1981 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, hüquqşünas, siyasətçi |
| |
Təltifləri |
Rəşad Ənvər oğlu Tağıyev (1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı.[1]
Həyat və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007–2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərib.[2]
2013–2015-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015–2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.[2] Təhsil nazirinin 2020-ci il 11 dekabr tarixli əmri ilə vəzifəsindən azad edilərək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub[3]
"Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.[4]
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[5]
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəlidir, iki övladı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Prezidentin icra başçısı təyin etdiyi Rəşad Tağıyev - Dosye". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-14.
- ↑ 1 2 "Rəşad Ənvər oğlu Tağıyev" (az.). baku.edu.gov.az. 2019-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
- ↑ "Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-17.
- ↑ "Arxivlənmiş surət". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
- ↑ "Şəmkirə yeni icra başçısı təyin edilib". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-17.