Sabir Məmmədov (deputat) — Vikipediya

Sabir Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1944
Doğum yeri
Vəfat tarixi 1994
Vəfat yeri
Partiya

Sabir Məmmədnəbi oğlu Məmmədov (1944, Abbaslı, Şamxor rayonu1994, Şəmkir) — Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı (1990—1994).

Həyatı[redaktə | mənbəni redaktə et]

1944-cü ildə Şəmkir rayonunun Abbaslı kəndində anadan olmuş, 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakultəsini, 1989-cu ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun Politologiya fakultəsini bitirmişdir.

1971—1983-cü illərdə Şəki aqrotexniki sort-sınaq məntəqəsində direktor müavini, Şamxor üzümçülük sovxozunda baş aqronom, Şamxor aqrar-sənaye birliyində baş direktorun müavini, H. Aslanov adına sovxozun direktoru vəzifələrində çalışmışdır.

O, 1983-1991-ci illərdə Azərbaycan KP-nin Şamxor rayon partiya komitəsinə katib, rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinə sədr vəzifərinə seçilmişdir.

1990-1994-cü illətdə Azərbaycan Respublikası Ali Sovetinə xalq deputatı seçilən Sabir Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasinin Daşkəsən rayonu üzrə inspektoru, 1994-cü ildə isə Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifələrində işləmişdir.

1974-cü ildə ailə həyatı qurmuşdur, 4 övladı var.

1994-cü ildə Şəmkir şəhərində vəfat etmişdir.