Nərmin Kazımova — Vikipediya

Nərmin Kazımova
Ölkə  Azərbaycan
Doğum tarixi (30 yaş)
Doğum yeri Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan
Titulu qadınlar arasında qrosmeyster (2015)
Son reytinqi
  • 2.147 (avqust 2023)[1]
Maksimal reytinqi 2.364 (aprel 2016)
FİDE nömrəsi 13402951
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nərmin Kazımova (doğ. 28 iyul 1993, Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015).

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib.[2] 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir.[2] Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur.[2]

Şahmat karyerası[redaktə | mənbəni redaktə et]

2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub.

2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub.[3]

2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb.[4] Eyni ilin oktyabr ayında Yunanıstanın Haldiniki şəhərində keçirilən dünya birinciliyində 9 xal toplayaraq 18 yaşlı qızlar arasında dünya çempionatının qızıl medalına layiq görülüb.[5]

2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuşdur.[6]

2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.[7]

2015-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Nərmin Məmmədova və Türkan Həsənova ilə 2-4-cü yerləri bölüşdürmüşdür. Əlavə göstəricilərə görə Kazımova 2-ci, Məmmədova isə 3-cü yerin sahibi olub.[8]

2016-cı ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal toplamış Nərmin Azərbaycan çempionu oldu.[9]

Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2008-ci ildə İtaliyanın Turin[10] və 2016-cı ildə Azərbaycanın Bakı[11] şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalar arasında Avropa çempionatında çıxış etmişdir.[12]

Nərmin, 2009-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.[13]

Reytinqi[redaktə | mənbəni redaktə et]

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərmin 2323 xalla Azərbaycan qadın şahmatçıları arasında 3-cü,[14] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 154-cü yerdə qərarlaşıb.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı şahmatçı Misrətdin İsgəndərov ilə ailə həyatı qurub.[15]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. FİDE FIDE Standard Ratings as of 30 June 2022. 2022.
  2. 1 2 3 "İlin ən yaxşı şahmatçısıtrivia". Muallim.edu.az. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  3. "World Youth Chess Championships 2009". Fide.com. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  4. "Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin məktəblilərdən ibarət komandası aprelin 4-dən 12-dək Yunanıstanın Saloniki şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında iştirak edib". edu.gov.az. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  5. "Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli, Kənan İzzət və Nərmin Kazımova dünya çempionu adını qazanmışlar". Azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  6. "Şahmat üzrə Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşmişdir". Azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  7. ""20 yaşadək qızlar arasında Azərbaycan birinciliyi"". Chess-results.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  8. "Zeynəb Məmmədyarova qadınlar arasında Azərbaycan Çempionu oldu". Chess.az. 2015-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  9. "Чемпионат Азербайджана среди мужчин и женщин, 2016г.!". Azerichess.az. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  10. "Kazimova, Narmin Nizami Qizi WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  11. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  12. "Kazimova, Narmin Nizami Qizi EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  13. "Titles approved in Krakow, Poland". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  14. "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində arxivləşdirilib.
  15. "Şahmat mühacirləri – Azərbaycanda haqqı qəsb olunan ustalar - ARAŞDIRMA". Aqreqator.az. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23. (#apostrophe_markup)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]