Azərbaycan Şahmat Federasiyası — Vikipediya

Azərbaycan Şahmat Federasiyası
AŞF
Növü İdman Federasiyası
Yaranma tarixi 1920 (1992)
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Xaqani küçəsi 1, Bakı, Azərbaycan
Sədr Mahir Məmmədov
Üzvləri 1000+ (2012)
chess.az

Azərbaycan Şahmat Federasiyası və ya qısaldılmış adı ilə AŞFAzərbaycanda şahmata nəzarət edən rəsmi qurum.

1920-ci ildə Sovetlər Birliyi dövründə, Azərbaycan Şahmat Federasiyası yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyası (FIDE)-ye üzv olmuşdur.

2002-ci ildə Bakıda Avropa çempionatı, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında dünya çempionatı keçirilmişdir. Azərbaycan şahmatçıları dünya və Avropa çempionatların da 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazanmışlar. 2007–2010 illərdə Bakıda bir neçə beynəlxalq yarış, qadınlar arasında beynəlxalq şahmat turniri, Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qran-pri", "Prezident kuboku" beynəlxalq turnirləri, "Bakı Open — 2010" yarışları keçirilmişdir.

2007-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov federasiyanın prezidenti seçilmişdir.

İcraiyyə Komitəsi[redaktə | mənbəni redaktə et]

Federasiyanin Prezidentləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 548. ISBN 978-9952-441-05-5.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]