Gülnar Məmmədova — Vikipediya

Gülnar Məmmədova
Gülnar Məmmədova (Almatı, 2022)
Gülnar Məmmədova (Almatı, 2022)
Ölkə
Doğum tarixi (32 yaş)
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR, Əli Bayramlı
Titulu Beynəlxalq usta (IM) 2017
Qadınlar arasında qrosmeyster (WGM) 2012
Qadınlar arasında Beynəlxalq usta (WIM) 2011
Son reytinqi 2387 (may 2022)
Maksimal reytinqi 2401 (yanvar 2017)
FİDE nömrəsi 13403508
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülnar Məmmədova (tam adı: Gülnar Mərfət qızı Məmmədova; d. 11 may 1991, Əli Bayramlı) — Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (2012), Azərbaycan şahmat tarixində ilk dəfə kişilər arasında Beynəlxalq usta (2017). 3 qat Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı. 2009-cu ildən şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

11 may 1991-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub.

Orta təhsil[redaktə | mənbəni redaktə et]

1997-ci ildə Əli Bayramlı şəhəri, Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib.2008-ci ildə Əli Bayramlı şəhəri, Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib.

Ali təhsil[redaktə | mənbəni redaktə et]

2008-2012 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Bakalavr 2012-2014 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Magistr

Fəaliyyət[redaktə | mənbəni redaktə et]

2014-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şahmat müəllimi kimi fəaliyyət göstərir.

Karyera[redaktə | mənbəni redaktə et]

Şahmatla 6 yaşından məşğul olmağa başlayıb. İlk uğuru şahmatla məşğul olmasından 23 gün sonraya təsadüf edir. Belə ki, 1997-ci ildə Şirvan şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turnirinin qalibi olub. 16 yaşadək şahmatçılar arasında dünya ikincisi və Avropa üçüncüsü olub.20092010-cu ildə qadınlar arasında Azərbaycan çempionu olub. 2016-cı ildə Bakıda keçirilən Şahmat Olimpiadasında 3-cü lövhədə qızıl medal qazanaraq, Azərbaycan qadın şahmatında ilkə imza atıb. Həmin il klublararası Avropa Kubokunda "Odlar Yurdu" komandasının tərkibində öz lövhəsində gümüş medal qazanıb və əmsalını özü üçün rekord həddə - 2401-ə çatdırıb. Bununla da qadın şahmatımızda Beynəlxalq Usta (IM) dərəcəsinə yüksələn ilk şahmatçı olub. 2017-ci ildə "Odlar Yurdu"nun Avropa ikincisi olmasında pay sahibi olub.2018-ci ildə yenə klublararası Avropa Kubokunda öz lövhəsində gümüş medal qazanıb.2019-cu ildə Azərbaycanın qadınlardan ibarət yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb. 2021-ci ildə 11 illik fasilədən sonra 3-cü dəfə Azərbaycan çempionu olub. Həmin il fərdi Avropa çempionatında 6-cı yeri tutaraq Dünya Kubokuna vəsiqə qazanıb.

Reytinq[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2017-ci ilin yanvar ayı üçün açıqladığı reytinq siyahısında Gülnar Məmmədova 2401 reytinq xalı ilə dünyanın ən güclü 100 xanım zəka ustası sırasına daxil olaraq 64-cü pillədə qərarlaşırdı. Bu hələ ki, karyerasında ən yüksək reytinq olub.