Mikayıllı (Cəlilabad) — Vikipediya

Mikayıllı
39°11′50″ şm. e. 48°13′47″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1224 (2009) nəfər
Xəritəni göstər/gizlə
Mikayıllı xəritədə
Mikayıllı
Mikayıllı

MikayıllıAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı Şahsevənlərin talış-Mikayıllı tayfasının məskunlaşması ilə bağlıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Toponimikası[redaktə | mənbəni redaktə et]

  • Mikayıllı oyk., sadə.
  • Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Kəndi mikayıllı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır;
  • Xocalı r-nunda eyni adlı i.ə.v.-də kənd. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə həlak olmuş polis baş leytenantı Mikayıl Cəbrayılovun adı ilə adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır;
  • Neftçala r-nunun Sarıqamış i.ə.v.-də kənd. Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarım qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar. Ona görə də bu kəndə əvvəlcə Kötüklü, sonra isə Mikayıllı adı verilmişdir. Tərkibində Mikayıl antroponimi olan coğrafi adlara nəinki Azərbaycan toponimiyasında, həmçinin Dağıstanın toponimiyasında da rast gəlinir; məs: Mikayılxur kəndi (Dağıstan, Dərbənd r-nu). Bu oykonimdoki xur ləzgi dilində “kənd” mənasındadır, avar dilində isə “əkin yeri”, “şum” mənasındadır.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1224 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629