Abdullu — Vikipediya

Abdullu
39°12′ şm. e. 48°27′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Abdullu xəritədə
Abdullu
Abdullu

AbdulluAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Molla Abdulla olmuşdur. Yaşayış məntəqəsinin XIX əsrin ortalarında keçmiş Hasıllı kəndinə məxsus pay torpağı sahəsində salınmışdır. Oykonim Qızılbaş tayfalarından şamlıların bir qolu olan abdullu tirəsinin adı ilə bağlıdır. 1933-cü ildə həmin r-nun ərazisində Abdullu oykonimi ilə yanaşı iki Abdullalı kənd adı da qeydə alınmışdır.[1]

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Kənd adını Qızılbaş tayfası şamlının bir tirəsi "abdullu" etnonimindən almışdır.[2]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 610 nəfər əhali yaşayır.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629