Lui Armstronq — Vikipediya

Lui Armstronq
ing. Louis Armstrong
Ümumi məlumatlar
Doğum adı Louis Daniel Armstrong
Ləqəbləri Satchmo, Pops
Doğum tarixi 4 avqust 1901(1901-08-04)[1]
Doğum yeri
Vəfat tarixi 6 iyul 1971(1971-07-06)[1][2][…] (69 yaşında)
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Flaşinq qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, küçə sənətçisi[d], truba ifaçısı[d], qrup rəhbəri[d], dirijor, cazmen, müğənni, film bəstəkarı, kino aktyoru, mahnı yazarı[d], radioaparıcı[d], səsyazma sənətçisi[d], yazıçı
Fəaliyyət illəri 1914–1971
Janr caz
Musiqi alətləri truba
Səs tembri bariton
Albom şirkətləri Columbia Records, Decca Records[d]
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
louisarmstronghouse.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lui Armstronq (ing. Louis Armstrong, Louis Daniel Armstrong; 4 avqust 1901[1], Nyu-Orlean, Luiziana[3]6 iyul 1971[1][2][…]) — ABŞ zənci trubaçalanı, bəstəkar, XX əsrin ən məşhur caz ustadlarından biri hesab edilir.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Lui Armstronq çətin və yoxsul uşaqlıq dövrü keçirmişdir. Əvvəlcə truba ifaçısı, karyerasının sonlarına yaxın isə vokalçı olaraq tanınmışdır. Caz sənətinin görkəmli nümayəndələrindəndir. 1922-ci ildə Co Oliver onu Kreol caz orkestrində çıxış etmək üçün Çikaqoya dəvət etmişdir. 1924-cü ildə Lui Nyu-Yorkda F. Hendersonun caz orkestrində trubaçalan, sonra isə müğənni kimi fəaliyyət göstərmişdir. 1925-ci ildə Çikaqoya qayıtmış, qrammofon valları yazdırmaqla məşğul olmuşdur. O, zəngin ritm elementləri və tembr çalarları, melodiyanın improvizasiya xarakterli şərhi ilə səciyyələnən orijinal ifaçılıq üslubu yaratmışdır. 1944-cü ildə Lui Metropoliten-opera -da keçirilən birinci caz konsertində iştirak etmişdir. 1947-ci ildə "Lui Armstronqun bütün ulduzları" sekstetini yaratmış və ömrünün axırına kimi qastrol səfərləri ilə bütün dünyanı gəzmişdir. Bir sıra blüz və mahnılar yazmış, kinoya çəkilmişdir. "Satçmo" təxəllüsü ilə fəaliyyət göstərmişdir. "Satçmo: Mənim Yeni Orleandakı həyatım" xatirələr kitabının müəllifidir.[4]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Louis Armstrong // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 Southern E. Biographical Dictionary of Afro-American and African Musicians (ing.). Greenwood Publishing Group, 1982.
  4. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 61–62. ISBN 978-9952-441-05-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]