Fatma Hüseynova — Vikipediya

Fatma Hüseynova
Fatma Rza qızı Hüseynova
Doğum tarixi (84 yaş)
Doğum yeri Abdulyan, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti pambıqçı
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1981
"Lenin" ordeni "Lenin" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı 1-ci dərəcəli "Əmək" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Fatma Rza qızı Hüseynova (14 oktyabr 1939, Sabirabad rayonu) — azərbaycanlı pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1981), I dərəcəli "Əmək" ordeni laureatı (2017).

Həyat və əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Fatma Hüseynova gənclik illərində

Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olmuşdur. S. Ağamalıoğlu adına AKTİ-ni bitirmişdir. 1958–1973-cü illərdə Sabirabad rayonundakı V. İ. Lenin adına kolxozda işləmiş, 1973-cü ildən briqadir olmuşdur. 1976-cı ildən Sov.İKP üzvü olmuşdur. 1980-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.[1]

Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuşdur. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdür.[2]

2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb[3]

2017-ci ildə zərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sosialist əməyi qəhrəmanının evini yardılar". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
  2. "Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanışlıq". 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  4. "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 291.
  • Депутаты Верховного Совета Азербайджанской ССР. Девятый созыв.. — Баку: Азернешр, 1976. — С. 382.
  • Хлопок // Известия Академии Наук Азербайджанской ССР: Серия истории, философии и права.. — 1984. — № 1. — С. 4. // Литературный Азербайджан. — 1990. — С. 37.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]