Davud bəy Yadigarov — Vikipediya

Davud bəy Yadigarov
Davud bəy Sadıq bəy oğlu Yadigarov
Şəxsi məlumatlar
Doğum tarixi 19 (31) may 1883
Doğum yeri
Vəfat tarixi 31 avqust 1947(1947-08-31) (64 yaşında)
Vətəndaşlığı
Atası Sadıq bəy Yadigarov
Anası Olga Rusiyeva-Korçibaşeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti
Qoşun növü süvari
Rütbəsi general-mayor (1919)
Döyüşlər

Yadigarov Davud bəy Sadıq bəy oğlu (19 (31) may 1883, Təkəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası31 avqust 1947) — Rusiya imperiyasıAzərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.

Davud bəy Yadigarov 1881-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Sadıq bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdən olan qadın idi.[1]

1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir.[2]

Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idi[3] və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 1919-cu il avqustun 3-də Azərbaycan ordusunun süvari diviziyasının komandirinin köməkçisi təyin edilib. O, 1919-cu ilin avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə 1-ci piyada diviziyasının rəisi general Cavad-bəy Şıxlinskinin baş komandanlığı altında ADR qoşunlar qrupundan olan birləşdirici dəstələrdən birinə rəhbərlik etmişdir. Hərbi rütbələr haqqında Azərbaycan Respublikası Hökumətinin 8 oktyabr 1919-cu il tarixli 39 saylı sərəncamı ilə süvari diviziyasının rəisinin köməkçisi polkovnik Yadigarov Davud bykə xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb. 1920-ci ilin martında baş qərərgah yanında təyinatlar və ezamiyyətlər üzrə səlahiyyətli şəxs təyin edilmişdirı.[4][5][6]

1920-ci il 28 aprel işğalından sonra Davud bəyin taleyi məlum deyil.

31 avqust 1947-ci ildə vəfat etmişdir. Məzarı Nyu-York ştatının Nanuet qəsəbəsindəki rus-pravoslav qəbiristanlığındadır.[7]

  1. Назирли, 1991. səh. 33-34
  2. Потто, 1908. səh. 248, 159
  3. Кавказский календарь на 1914 год. — Тифлис, 1913, s. 589
  4. Степашин və Ямпольский, 1908. səh. 248, 159
  5. Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). Bakı. 1998. səh. 246—250.
  6. Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı: Şirvannəşr. 2004. səh. 11-18.
  7. "Иедигаров Давид Сергеевич". ria1914.info (rus). Офицеры РИА. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
  8. "Historia Veli bek Jedigara". domkaukaski.org (polyak). 2007. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.
  • Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004  (az.)
  • Şəmistan Nəzirli. Yadigarov qardaşları. // Azərbaycan generelları. Bakı: Gənclik. 1991. 208.
  • В. А. Потто. История 17-го Драгунского Нижегородского Его Императорского Величества полка. Tiflis. 1908. 248.
  • С. В Степашин, В. П Ямпольский. Органы государственной безопасности СССР в Великой Отечественной войне. Bakı. 1995. 699.