Cəfər Vəliyev — Vikipediya

Cəfər Vəliyev
bayraq
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri
bayraq2
19 may 2000 – 16 dekabr 2005
7 aprel 1992 – 19 may 2000
SonrakıMəzahir Pənahov
bayraq
Azərbaycan SSR daxili işlər naziri
bayraq2
4 noyabr 1978 – 6 aprel 1987
ƏvvəlkiArif Heydərov
SonrakıAydın Məmmədov
bayraq
Azərbacan Respublikası Prokurorunun birinci müavini
bayraq2
1962 – 1971
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Partiya Kommunist partiyası
Fəaliyyəti vəkil
Rütbəsi general-leytenant
Elmi fəaliyyəti
Elmi dərəcəsi professor

Təltifləri "İstiqlal" ordeni — 2005 "Şöhrət" ordeni — 2000

Cəfər Cəbrayıl oğlu Vəliyev (12 noyabr 1930, Bakı1 iyun 2012, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili işlər naziri (1978–1987), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (1992–2000) general-leytenant.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəfər Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan SSR Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960–1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini işləmişdir.

1962–1971-ci illərdə Azərbacan Respublikası Prokurorunun birinci müavini, 1971–1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1978–1987-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992–2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.

Respublikamızın ictimai həyatında yaxından iştirak edən Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Cəfər Vəliyev dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədəki fəaliyyətini uğurlu şəkildə əlaqələndirmişdir. O, hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi idi.

Hüquq elmləri namizədi (1963), professor (1993), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquşünası (1990), daxili xidmət general-leytenantıdır. Cəfər Vəliyev bir müddət özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çalışmışdır.

Cəfər Vəliyevin Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Fərmanı ilə "Şöhrət", 11 noyabr 2005-ci il tarixli Sərəncamı ilə "İstiqlal" ordenləri ilə təltif edilmişdir. Həmçinin SSRİ, Polşa, Çexoslovakiya, MonqolustanKubanın orden və medalları ilə də təltif edilmişdir.

Azərbaycanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Cəbrayıl oğlu Vəliyev 2012-ci il iyunun ayının 1-də Bakı şəhərində vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]