David Alaba — Vikipediya
Bu məqalə qaralama halındadır. |
David Alaba | ||
---|---|---|
alm. David Alaba | ||
Ümumi məlumatlar | ||
Tam adı | David Olatokunbo Alaba | |
Doğum tarixi | 24 iyun 1992[1][2][…] (32 yaş) | |
Doğum yeri | ||
Vətəndaşlığı | Avstriya | |
Boyu | 180 sm | |
Çəkisi | 76 kq | |
Mövqeyi | mərkəz müdafiəçisi[d], yarımmüdafiəçi, müdafiəçi | |
Klub haqqında məlumat | ||
Klub | Real Madrid FK | |
Nömrəsi | 27 | |
Karyerası | ||
Təltif və medalları | ||
Vikianbarda əlaqəli mediafayllar |
David Alaba (alm. David Olatokunbo Alaba; 24 iyun 1992[1][2][…], Vyana) — Avstriya futbolçusu, Real Madrid FK və Avstriya milli futbol komandasının oyunçusu.
Həyatı
[redaktə | mənbəni redaktə et]24 iyun 1992-ci ildə doğulub.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Alaba mənşəcə afroasiyalıdır, anası filippinli, atası nigeriyalıdır. Anasının peşəsi tibb bacısı, atasının peşəsi disk jokeydir. (əvvəl reper)[3].
Karyera
[redaktə | mənbəni redaktə et]Klub
[redaktə | mənbəni redaktə et]24 iyun 1992-ci ildə Vyanada doğulan David Alaba öz karyerasına "Austriya Vyana" klubunda başlayıb. Artıq 2008-ci ildən, Alaba Avstriyalı klubun ehtiyatında özünə yer qazanmışdı. "Austriya"nın ehtiyat tərkibində 5 matçdan sonra David Bayern Münhen klubuna keçdi. 2010-cu ilin yanvarından isə "Bayern Münhen" klubunun əsas məşqlərinə cəlb olundu.
Fevralın 10-da Alaba "Bavariya"nın əsas tərkibinə debüt etdi, Almaniya Kubokunun "Greuther Fürth"ə qarşı oynadığı 59-cu dəqiqədə meydançaya çıxdı, Kristian Lelli əvəz etdi. Artıq bir dəqiqədən sonra David, qələbə qolunu vuran Frank Riberiyə kömək etdi. Alaba rəsmi matçlarda "Bavariya"nın ən gənc oyunçusu oldu. O zaman onun yaşı 17 il, 7 ay və 8 gün idi. 6 martda, "Köln" klubu ilə 25-ci turda David, 73-cü dəqiqədə Dieqo Kontentonun yerinə Bundesliqaya debüt etdi[4]. Alaba 3 gün sonra Çempionlar Liqasında ilk matçını oynadı. Bu zaman oyunun 2-ci turu "Fiorentina" klubuna qarşı idi[5].
10 iyun 2011-ci ildə "Bavariya" oyunçu ilə 2015-ci ilə qədər yeni müqvilə imzaladı[6]. 2013-cü il 2 aprel tarixində "Yuventus" la qarşılaşmada David Çempionlar Liqası tarixində ən sürətli vurulan qollardan birinə imza atdı. O, matçın 25-ci saniyəsində fərqləndi.
Yığma
[redaktə | mənbəni redaktə et]David Alaba 14 oktyabr 2009-cu ildə 17 yaşında Avstriya milli futbol komandasına debüt etmiş, 2010-cu ilin FİFA Dünya Kubokunda Fransa yığmasına qarşı olan matçın 79-cu dəqiqəsində Kristian Fuksu əvəz etmişdir[7].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 David Alaba // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 David Alaba // FBref.com (çd.).
- ↑ Ich will es bis zu den Bayern-Profis schaffen! Arxivləşdirilib 2008-09-15 at the Wayback Machine (alm.)
- ↑ "Köln" 1:1 "Bavariya" Arxivləşdirilib 2010-04-12 at the Wayback Machine (rus.)
- ↑ "Fiorentina" 3:2 "Bavariya" Arxivləşdirilib 2010-05-07 at the Wayback Machine (rus.)
- ↑ David Alaba verlängert Vertrag vorzeitig bis 2015
- ↑ Fransa 3:1 Avstriya [ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- David Alaba profil Fussballdatendə
- David Alaba National-Football-Teams.com'da
- Soccerway.com saytında profili (ing.)