Dan dili — Vikipediya

Dan dili
Orijinal adı dansk
Ölkələr Danimarka, Qrenlandiya, Almaniya, Farer adaları
Rəsmi status Danimarka,
Tənzimləyən təşkilat Danimarka dil komitəsi
Danışanların ümumi sayı 5,7 milyon
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Hind-Avropa dilləri

German dilləri
Skandinav dilləri
Şərqi skandinav dilləri yarımqrupu
Yazı latın əlifbası (Danimarka əlifbası
Dil kodları
QOST 7.75–97 дат 178
ISO 639-1 da
ISO 639-2 dan
ISO 639-3 dan
Dilin strukturlarının dünya atlası dsh
Ethnologue dan
Linguasphere 52-AAA-cc
ABS ASCL 1501
IETF da
Glottolog dani1284, dani1285
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur.

Ərazi və say[redaktə | mənbəni redaktə et]

Dan dili aşağıdakı ölkələrdə yayılmışdır;

  • Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005)
  • Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir.
  • Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır.
  • Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.