Ölü dil — Vikipediya
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil.
Dillərin məhv olma səbəbləri
[redaktə | mənbəni redaktə et]Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur.
Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır. YUNESKO-nun "Yox olmaq təhlükəsi ilə üzləşən dünya dilləri atlası"nın məlumatına görə, hazırda Avropada təqribən 50 dilin yox olmaq təhlükəsi var.
Linqvistikada canlı və ölü dil məfhumları məlumdur. Canlı dil insanların gündəlik ünsiyyətində işlədilən dildir.
Ölü dillərin siyahısı
[redaktə | mənbəni redaktə et]Latın dili ölü dillərdən biridir. Buna baxmayaraq, həmin dil dəyişməz qaldığından elmi terminlərin göstərilməsi üçün istifadə olunur. Latın dili müasir roman dillərinin xələfidir. Bir sıra hallarda ölü dil yenidən canlı dilə çevrilə bilər. Buna ivrit dilini misal göstərmək olar.
Suriya, finikiya, puni, akkad, elam, şumer, tirren, ket, qədim Çin, çaqatay, hun, xəzər, bulqar, murom, meşşer, vediy, soqdı, avesta, sak, parfiya, Midiya, qədim fars, orta fars, toxar, qədim Makedoniya, qədim yunan, Frigiya, venet, messap, dalmasiya, yan, qədim rus, qərbi rus, praslavyan, Prussiya, qot, şərqi german, qədim sakson, qədim ingilis, orta ingilis, qədim İrlandiya dilləri və s. ölü dillərə misal göstərilə bilər.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dünya dilləri". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-24.