Eston dili — Vikipediya
Eston dili | |
---|---|
Orijinal adı | eesti keel |
Ölkə | Estoniya |
Region | Şimali Avropa |
Rəsmi status | Estoniya |
Tənzimləyən təşkilat | Eston Dili İnstitutu |
Danışanların ümumi sayı | 1,1 milyon[1]. |
Status | təhlükəsiz vəziyyətdədir |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | latın əlifbası (eston əlifbası) |
Dil kodları | |
QOST 7.75–97 | эст 850 |
ISO 639-1 | et |
ISO 639-2 | est |
ISO 639-3 | est |
Dilin strukturlarının dünya atlası | est |
Ethnologue | est |
ABS ASCL | 1601 |
IETF | et |
Glottolog | esto1258 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Eston dili (orijinal dildə eesti keel ⓘ) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır.
Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir.
Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir.
Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq).
Adı
[redaktə | mənbəni redaktə et]Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar. Bu ad, Şərqi Baltikyanı fəth etdikdən sonra almanlar və danimarkalılar tərəfindən estonlara verildi.[2][3] Estonlar özlərini maarahvas "torpaq xalqı", dillərinə isə maakeel "torpaq dili" deyirdilər. Eestlased və eesti keel adları yalnız 19-cu əsrin ikinci yarısından sonra yayılmağa başlandı.[4]
Linqvocoğrafiya
[redaktə | mənbəni redaktə et]Dialektlər
[redaktə | mənbəni redaktə et]Eston dili bir-birindən əhəmiyyətli dərəcdə fərqlənən iki ləhcəyə bölünür:
Şimal eston
[redaktə | mənbəni redaktə et]1. Orta eston dialektləri |
---|
orta |
qərb |
ada |
şərq |
2. Şimal-şərq dialektləri |
---|
sahil |
alutaquz |
Cənub eston
[redaktə | mənbəni redaktə et]mulkski (mulgiskii ) |
tartu |
vıro |
Çox vaxt ayrı dil hesab edilən cənub eston ləhcəsinin əsasını qədim müstəqil Baltika-Fin dili təşkil edir. Setu şivəsi bir çox hallarda cənub eston ləhcəsinin ayrı dialekti hesab edilir, lakin Karl Payusal, Ellen Niyt və Tiyta Xennosteyə görə, setu şivəsi vıro dialektinin budağıdır.
Yazısı
[redaktə | mənbəni redaktə et]Eston əlifbası
A a | B b | C c | D d | E e | F f | G g | H h |
I i | J j | K k | L l | M m | N n | O o | P p |
Q q | R r | S s | Š š | Z z | Ž ž | T t | U u |
V v | W w | Õ õ | Ä ä | Ö ö | Ü ü | X x | Y y |
C, Q, W, X, Y hərfləri yalnız xarici adların yazılması üçün istifadə olunur. F, Š, Z və Ž hərflərinə yalnız digər dillərdən alınma sözlərdə rast gəlmək olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.ethnologue.org/show_language.asp?code=est Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine Эстонский язык на сайте Ethnologue.org
- ↑ Дини П. Балтийские языки. М.: ОГИ. 2002. 56–60. ISBN 5-94282-046-5.
- ↑ Напольских В. В. Введение в историческую уралистику. Ижевск: УИИЯЛ УрО РАН. 1997. 22. ISBN 5-7691-0671-9.
- ↑ Эстонский язык // Языки мира. Уральские языки. М.: Наука. 1993. 115. ISBN 5-02-011069-8.