Baharlı (Sisyan) — Vikipediya

Baharlı
Ölkə  Ermənistan

Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir.

Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi[2][3] əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş[4] və əsasən Zəngəzurda yaşamışlar[5]. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır[6].

1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.48
  3. Материалы для изучениях экономического быта государственных крестьян Закавказского края, т. IV, Тифлис, 1886. s.24
  4. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI начале XIX вв., Л., Издство Ленинградского Университета, 1949. s.92
  5. Материалы для изучениях экономического быта государственных крестьян Закавказского края, т. IV, Тифлис, 1886. s.24
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147