Düzkənd rayonu — Vikipediya

Rayon
Düzkənd rayonu
İnzibati mərkəz Düzkənd[1]
Tarixi və coğrafiyası
Yaradılıb 31.12.1937
Ləğv edilib 11 aprel 1995
Sahəsi
Əhalisi
Əhalisi
  • 39.000 nəf. (1989)
Düzkənd rayonu xəritədə

Düzkənd rayonu (1937–1945) Axuryan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel (Şirək+el) mahalı ərazisində rayon. Mərkəzi Düzkənd qəsəbəsidir.

1937-ci il dekabrın 31-də yaradılıb. 1945-ci il dekabrın 7-nə kimi Düzkənd rayonu, həmin tarixdən etibarən isə Axuryan rayonu adlandırılıb. Ərazisi 576 kv. km-dir. Rayon mərkəzi Düzkənd (dəyişdirilmiş adı Axuryan) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 126 km-dir.

Rayon ərazisinn böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir. Şirək sıra dağları isə rayonun Qızıl Qoç rayonu ilə sərhəddindən keçir. Rayon boyu Arpaçay axır.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Gümrü Aleksandropol
Aleksandropol Leninakan 27.01.1924
Hacı Nəzər Kamo 03.01.1935
Türk Qarakilsəsi Axurik 03.01.1935
Böyük Kəpənəkçi Musaelyan 03.01.1935
Aralııq Yerazqavors 07.12.1945
Ağkilsə Kraşen 07.12.1945
Bacoğlu Haykavan 07.12.1945
Dərbənd Karmrakar 26.04.1946
Düzkənd Axuryan 07.12.1945
Düzkənd rayonu Axuryan rayonu
Daharlı Getk 07.12.1945
Kiçik Qarakilsə Azatan 07.12.1945
Kiçik Kəpənəkçi Hovit 07.12.1945
Təpədolaq Arevik 07.12.1945
Toparlı Atsik 07.12.1945
Çirxan Beniamin 07.12.1945
Çıraqlı Crarat 07.12.1945
Yasavul Ovuni 07.12.1945
Böyük Sarıyal Medz Sarial 07.12.1945
Molla Musa Musakan
Musakan Voskehask 26.04.1946
Dirəklər Karnut 26.04.1946
İlxıyabı Hayqabats 26.04.1946
Yuxarı Qanlıca Marmaraşen 26.04.1946
Aşağı Qanlıca Vahramaberd 26.04.1946
Böyük Kəti Keti 26.04.1946
Kiçik Kəti Lernatsk 26.04.1946
Ocaqqulu Arapi 26.04.1946
Ortakilsə Maisyan 26.04.1946
Arıxvəli Lernut 21.10.1967

Tanınmışları[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.