Qərbi Azərbaycan — Vikipediya

Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan (Şurnuxu, Gorus və Kafan kimi bir çox kəndlər həmin əraziyə daxildir).

XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".[1]

Müasir dövrdə[redaktə | mənbəni redaktə et]

10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət" (PDF). 2021-01-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-05.
  2. "Qərbi Azərbaycan Respublikası elan olundu". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  3. "Qərbi Azərbaycan Respublikası YARADILDI — QƏRAR". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]