Azan — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Azan və ya əzan[1] — kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir, amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə "Əs-saləh" demək müstəhəbdir.
Deyilişi və tərcüməsi
[redaktə | mənbəni redaktə et]Şiəlikdə azan:
[redaktə | mənbəni redaktə et] Allahu Əkbər! (الله أكبر) (4 dəfə) (Allah ən böyükdür)
Əşhədu ən lə ilahə illəllah! (أشهد أن لا إله إلا الله) (2 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa bir tanrı yoxdur!)
Əşhədu ənnə Muhəmmədən rasulullah! (أشهد أن محمدا رسول الله) (2 dəfə) (Şəhadət edirəm ki, Məhəmməd Allahın elçisidir)
Əşhədu ənnə (Əmirəl mömininən) Əliyyən vəliyullah (2 dəfə) (أشهد أن (أمير المؤمنين) علياً ولي الله) (Şəhadət edirəm ki, Əli (möminlərin əmiri və) Allahın vəlisidir)
Həyyə ələs-saləh (حي على الصلاة) (2 dəfə) (Namaza tələsin)
Hayyə ələl-fələh (حي على الفلاح) (2 dəfə) (Qurtuluşa tələsin)
Hayyə ələ xayril əməl (حي على خير العمل) (2 dəfə) (Ən xeyirli əmələ tələsin)
Allahu Əkbər! (الله أكبر) (2 dəfə) (Allah ən böyükdür)
Lə ilahə illəllah (لا إله إلا الله) (2 dəfə) (Allahdan başqa tanrı yoxdur)
Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər.[2]
Əhli-sünnədə azan:
[redaktə | mənbəni redaktə et] Allahu Əkbər! (الله أكبر) (4 dəfə) (Allah ən böyükdür)
Əşhədu ən lə ilahə illəllah! (أشهد أن لا إله إلا الله) (2 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa bir tanrı yoxdur!)
Əşhədu ənnə Muhəmmədən rasulullah! (أشهد أن محمدا رسول الله) (2 dəfə) (Şəhadət edirəm ki, Məhəmməd Allahın elçisidir)
Həyyə ələs-saləh (حي على الصلاة) (2 dəfə) (Namaza tələsin)
Hayyə ələl-fələh (حي على الفلاح) (2 dəfə) (Qurtuluşa tələsin)
Əssalətu xayrun minən nəvm (الصلاة خير من النوم) (*Sübh azanından deyilir; iki dəfə) (Namaz yuxudan xeyirlidir)
Əllahu Əkbər! (الله أكبر) (2 dəfə) (Allah ən böyükdür)
Lə ilahə illəllah (لا إله إلا الله) (1 dəfə) (Allahdan başqa tanrı yoxdur)
Şəriət hökmləri
[redaktə | mənbəni redaktə et]Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər, amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin.[3]
Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər.[4]
Azan və iqamənin cümlələri arasında çox zaman fasiləsi olmamalıdır. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, yenidən demək lazımdır.[5]
Əgər azan və iqamədə səs boğaza salınıb qina (yəni, toy məclislərində oxunan avazlar kimi) olsa haram və batildir, amma əgər qina olmasa, məkruhdur.[6]
Əvvəlki namazla qılınan (ikinci) namazın azanı saqit olur. İstər o namazı əvvəlki namazla birlikdə qılmaq müstəhəb olsun, istərsə də olmasın. Deməli aşağıdakı hallarda azan saqit olur, ehtiyat-vacibə görə onu tərk etmək lazımdır:
1-Cümə günü əsr namazının azanı (cümə, yaxud zöhr namazı ilə birlikdə qılınarsa);
2-Zilhiccənin 9-cu günü olan Ərəfə gününün əsr namazı (zöhr ilə birlikdə qılınarsa);
3-Məş"ərül-həramda olan bir kəsin Qurban bayramı gecəsinin işa namazının azanı (əgər onu məğriblə birlikdə qılıbsa);
İki namazı birlikdə (birincidən dərhal sonra) qılmaq qeyd olunan üç halda müstəhəbdir.
4-Əsr namazını zöhrdən, işa namazını məğribdən dərhal sonra qılmalı olan müstəhazə qadının (əsr və işa) namazı;
5-Bovl və qaitin çölə çıxmasının qarşısını ala bilməyən bir kəsin əsr və işa namazı.
Bu beş namazda azan o vaxt saqit olur ki, əvvəlki namazla fasiləsi olmasın, yaxud bu fasilə çox az olsun, amma zahirən, nafiləni qılmaqla zaman fasiləsi düşür. Əgər namazları bir-birindən ayrılıqda, hər birini onun öz fəzilətli vaxtında qılsa, hər ikisinin azan və iqaməsini oxumaq müstəhəbbdir.[7]
Əgər hər hansı camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla birlikdə namaz qılan bir kəs öz namazı üçün azan və iqamə deməməlidir. Hətta əgər azan və iqaməni eşitməmiş olsa da, yaxud azan deyildiyi vaxt camaatın cərgələrində olmasa da.[8]
Əgər namaz qılmaq üçün məscidə gedib orada təşkil olunan camaat namazının qurtardığını görsə, nə qədər ki, cərgələr pozulmayıb və camaat dağılışmayıb öz namazı üçün azan və iqamə deyə bilməz. (Bu o haldadır ki, camaat namazı üçün azan və iqamə deyilmiş olsun.)[9]
Əgər bir yerdə bir neçə nəfər camaat namazına məşğul olsa, yaxud onların namazı təzəcə qurtarmış, cərgələri pozulmamış olsa və insan namazını furada, yaxud başqa camaatla təşkil olunan camaat namazı ilə qılmaq istəsə, beş şərt daxilində ondan azan və iqamə saqit olur:
1-Əvvəlki camaat namazı üçün azan və iqamə deyilmiş olsun;
2-Həmin camaat namazı batil olmasın;
3-Onun namazı camaat namazı ilə eyni məkanda olsun; (Deməli əgər camaat namazı məscidin içində olsa və insan məscidin damında namaz qılmaq istəsə müstəhəbdir ki, azan və iqamə desin.)
4-Onun namazı ilə camaat namazı–hər ikisi əda vaxtında olsun;
5-Onun namazı ilə camaat namazının vaxtı müştərək vaxtda olsun. Məsələn, hər ikisi zöhr və ya hər ikisi əsri qılsın;, yaxud camaatla qılınan namaz zöhr namazı, onun namazı isə əsr namazı olsun; yaxud o zöhr namazını qılsın, camaat namazında isə əsr namazı qılınsın.[10]
Əgər bir kəs (qabaqkı məsələdə deyilən) ikinci şərtdə (yəni camaat namazının səhih olub-olmamasında) şəkk etsə, azan və iqamə ondan saqitdir, amma əgər yerdə qalan dörd şərtdə şəkk etsə, yaxşı olar ki, rəca niyyəti ilə azan və iqamə desin.[11]
Əgər bir kəs başqasının dediyi azan və iqaməni eşidirsə müstəhəbdir ki, eşitdiyi hissələri təkrar etsin, amma "həyyə ələs-salat"dan "həyyə əla xəyril-əməl"ə qədər savab niyyəti ilə təkrar etsin.[12]
Bir kəs başqasının azan və iqaməsini eşitsə (istər onunla desin, istərsə də deməsin) və o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çox fasilə düşməsə, öz namazı üçün azan və iqamə deməyə bilər.[13]
Əgər kişi qadının azanını ləzzət məqsədilə eşitsə azan ondan saqit olmur; hətta əgər ləzzət məqsədilə olmasa da ehtiyat-vacibə görə azan ondan saqit olmur, amma əgər qadın kişinin azanını eşitsə, ondan saqit olur.[14]
Qadınların və kişilərin iştirak etdiyi camaat namazının azan və iqaməsini kişi deməlidir, amma hamısı qadınlardan ibarət olan camaat namazında azan və iqaməni qadın desə, kifayətdir.[15]
İqamə azandan sonra deyilməlidir; əgər ondan əvvəl deyilsə, səhih deyildir.[16]
Əgər bir kəs azan və iqamənin cümlələrini tərtibsiz, ardıcıllıq olmadan desə (məsələn, "həyyə ələl-fəlah"ı "həyyə ələs-səllat"dan qabaq desə) əvvələ qayıdıb tərtibi pozduğu yerdən yenidən deməlidir.[17]
Azan və iqamə arasında fasilə salınmamalıdır. Əgər onların arasında çox fasilə düşsə və deyilən azan, sonradan deyilən iqamənin azanı hesab olunmazsa, müstəhəbdir ki, yenidən azan və iqamə deyilsin. Həmçinin əgər azan-iqamə ilə namaz arasında çox fasilə düşsə və o namazın azan və iqaməsi hesab olunmasa, müstəhəbdir ki, həmin namaz üçün yenidən azan və iqamə deyilsin.[18]
Azan və iqamə ərəbcə səhih deyilməlidir. Əgər ərəbcə səhv oxusalar, yaxud hər hansı hərfin yerinə başqa bir hərf desələr, və ya onun tərcüməsini başqa dildə desələr, səhih deyildir.[19]
Azan və iqamə namaz vaxtı daxil olandan sonra deyilməlidir. Əgər qəsdən, yaxud unutqanlıq üzündən namaz vaxtından qabaq deyilsə, batildir.[20]
Əgər bir kəs iqamədən əvvəl azanı deyib-deməməsində şəkk etsə azanı deməlidir, amma əgər iqamə deməyə başlayandan sonra azanı deyib-deməməsində şəkk etsə azanı demək lazım deyil.[21]
Əgər azan və ya iqamənin əsnasında müəyyən bir hissəni deməmişdən əvvəl, ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə, şəkk etdiyi hissəni deməlidir, amma əgər azanın, yaxud iqamənin müəyyən hissəsini deyən halda ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə həmin hissəni demək lazım deyil.[22]
Müstəhəbdir ki, insan azan deyən vaxt üzü qibləyə dursun, dəstəmaz, qusul almış olsun, əllərini qulağının dibinə qoyub səsini ucaltsın, onu uzada-uzada desin. Azanın cümlələri arasında azacıq fasilə versin və cümlələrin arasında danışmasın.[23]
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Азан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 133.
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 938).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 935).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 936).Ayətullah Sistaninin risaləsi (məs. 926).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 939).Ayətullah Sistaninin risaləsi (məs. 929).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 940).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 941).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 942).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 943).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 944).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 945).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 946).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 947).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 948).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 949).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 950).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 951).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 952).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 953).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 954).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 955).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 956).
- ↑ Ayətullah Lənkəraninin risaləsi (məs. 957).