İbadilik — Vikipediya

İbadilik — Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar.

Tarixi[redaktə | mənbəni redaktə et]

Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqhtəfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər. Abdullah ibn İbadın qatı xaricilərdən məhz bu ildə ayrıldığı qedy edilir.[1]

Ümumilikdə nə şiəlik nə də sünnilik məzhəbi ilə qatı şəkildə bağlı deyil və xaricilərin yumşaq qolu hesab olunur.

Görüşləri[redaktə | mənbəni redaktə et]

İbadi məzhəbinin əsas mənbələri Quran, Sünnə, icma və qiyasdır. Onlar xaricilərdən uzaq olduqlarını etiraf edirlər və özlərini mötədil qrupdan hesab edirlər. Onların bəzi əqidəyə adi məsələlərdəki görüşləri şiələrin görüşləri ilə üst-üstə düşür. Bunlar aşağıdakılardır: Vilayət məsələsini qəbul edir, Əhli-Beyt düşmənlərindən uzaq olduqlarını söyləyirlər; danışıqlarda təqiyyədən istifadəyə icazə verirlər; onlara görə Allahın sifətləri zatın özüdür, ondan ayrı deyildir; qiyamət günü Allahı görməyin mümkünlüyünü inkar edirlər.[2]

Bəzi fiqhi məsələlərdə də onların görüşləri cəfəri məzhəbi ilə üst-üstə düşür: Xüffeynin üzərinə məsh çəkməyə icazə vermirlər; namazda durarkən əlləri bir-birinin üstünə qoymurlar və aşağı salırlar; əgər cünub olan şəxs qəsdən sübh azanına qədər qusul etməzsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda qəsdən təyəmmüm etməzsə orucu batildir; Kitab-Əhlinin yəni yəhudilərin və xaçpərəstlərin kəsdiyi heyvan ətini yeməyi özlərinə haram bilirlər; hamilə qadın öz iddəsini-təlaq verildiyi gündən hamiləliyini başa vurana qədər-gözləməlidir.[2]

Ardıcılları[redaktə | mənbəni redaktə et]

Xəritədə yaşıl rəng sünni məzhəbi, qırmızı rəng şiə məzhəbi, bənövşəyi rəng isə ibadilik məzhəbinin qoludur.

İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə yaşayırlar. İbadi məzhəbinin müftisi Şeyx Məhəmməd Xəlilidən ibadi fiqhi ilə cəfəri fiqhi arasındakı oxşarlıq haqqında soruşduqda o belə demişdir: "Bizim fiqhdə belə bir qayda var. Əgər məsələ ilə bağlı həm Həzrət Əlidən, həm də digər səhabələrdən fərqli görüşləri nəql olunubsa, biz Həzrəti Əlinin görüşünə üstünlük veririk".[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

FIQHI MӘKTӘBLӘRӘ BIR BAXIŞ

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ross F.N., Hills T. The Great Religions. New York, 1996. p.145
  2. 1 2 Прозоров С.М. Ислам как идеологическая система. М.Восточная литература 2004 г. 367 с.
  3. Schacht Joseph. An İntroduction to İslamic Law. Oxford, Clarendon press, 1991, p.196