Abomey Kral sarayları — Vikipediya

Abomey Kral sarayları
Ölkə  Benin
Tip Mədəni
Kriteriya iii, iv
Keçid 323bis
Region Afrika [* 1]
Daxil edilməsi 1985  (9-cu sessiya)
Təhlükədə 1985-2007[1]
Abomey Kral sarayları xəritədə
Abomey Kral sarayları
Abomey Kral sarayları


Abomey Kral saraylarıBenində, əvvəllər Dahomeya krallığının paytaxtı olmuş Abomey şəhərində 40 hektar ərazi üzərində qurulmuş 12 saraydan ibarət kompleksdir.[2][3][4]

Krallıq 1625-ci ildə, 19 əsrin sonlarına qədər Avropa qul tacirləri ilə ticarəti üstün tutan və hərbi əsirlərini satdıqları güclü bir hərbi və ticarət imperiyasına çevirmiş Fon xalqı tərəfindən qurulmuşdu.[5] Saraylarda 8000 nəfərə qədər yerləşə bilirdi.[6] Kral sarayına akuehue kimi tanınan iki mərtəbəli bina daxil idi.[7] Krallıq 1625–1900-cü illərdə hakimiyyətdə olmuş on iki padşahın rəhbərliyi altında ikən Afrikanın qərb sahillərinin ən güclülərindən birinə çevrildi.

UNESCO sarayları Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısına daxil etmişdir. Bunun ardınca, Abomey 15 mart 1984-cü ildə kral saraylarını və muzeyləri tornado vurulduğundan ərazi Təhlükədə olan Dünya irsinin siyahısına daxil edilmişdi. Bununla birlikdə, bir sıra beynəlxalq qurumların köməyi ilə bərpa və abadlıq işləri başa çatdırıldı. Abomeydə aparılan düzəliş işləri və alınan hesabatlara əsasən, UNESCO Benindəki Abomey Kral saraylarını 2007-ci ilin iyul ayında Təhlükədə olan Dünya İrsi Siyahısından çıxarmaq qərarına gəldi.[8]

Tarix[redaktə | mənbəni redaktə et]

Abomeynin gizli ərazisi daxilində, səltənətin 12 hökmdarı tərəfindən inşa edilən saraylar 1695–1900-cü illərdə imperiyanın ənənəvi mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərirdi. Sarayların inşasına başlamış ilk hökmdar, şəhərin qurucusu olan Kral Houeqbaga idi.[9]

Folklora görə Abomeydəki 12 kral sarayını tikdirən kral sülaləsi Tado şahzadəsi Aliqbonon və bir panteranın nəslindən idi. Onların səltənəti Abomeydə, indiki Benin Respublikasının cənub hissəsində mövcud idi. Houeqbaga (1645–1685) Abomey yaylasında səltənət quran və krallıqın fəaliyyət göstərməsi, siyasi rolu, varislik qaydaları və s. üçün qanuni əsaslar qoyan padşah idi.[10]

Kral Aqaya (1718–140) 1724-cü ildə Allada və 1727-ci ildə Nedah Krallığını məğlub etdi. Bu bir neçə məhbusun öldürülməsi ilə nəticələndi. Məhbusların çoxu isə qul kimi satıldı. Bu müharibələr Dahomeyanın qul ticarəti (avropalılarla Nedah limanı üzərindən həyata keçirildiyi) hökmranlığının başlanğıcı idi.[10][11]

Lakin 19-cu əsrdə Böyük Britaniyada antislaviya hərəkatının artması ilə Kral Qezo (1818–1858) ölkədə kənd təsərrüfatının inkişafına başlamış və bu, qarğıdalı və xurma yağı kimi kənd təsərrüfatı məhsullarının ixracı ilə əldə edilmiş iqtisadi rifahı ilə nəticələnmişdir.[10]

1892–1894-cü illərdə Fransa və Dahomeya arasında döyüşlər baş verdi. Dahomeya əvvəlcə hətta Fransa ordusunun başçısının döyüşdə öldürüldüyü bir çox döyüşdə qalib gəldi. Son müstəqil Dahomeya kralı olan Behanzinin qardaşı Fransaya sirləri açaraq taxt-taca xəyanət etdi, buna görə Behanzin Abomeyə atəş açdı. Fransızlar sonda onu Martinikaya sürgün etdilər. Onun varisi Kral Aqooli Aqbonun yalnız 1900-cü ildə Qabona sürgün olunana qədər hakimiyyətdə olduğu düşünülür. 1960-cı ildə, bugünkü Benin Fransadan müstəqillik əldə edərkən ölkə əvvəlcə Dahomeya adını almışdı.[11]

Krallığın rəsmi tarixi bir sıra polixrom gil barelyeflərdən öyrənilmişdir.[12]

Memarlıq[redaktə | mənbəni redaktə et]

Abomeydə[ölü keçid] Behanzin heykəli

Layihə[redaktə | mənbəni redaktə et]

Şəhər altı qapısı olan 10 kilometr (6 mil) çevrəsindəki bir palçıq divar ilə və beş fut dərinlikdə bir xəndəklə qorunurdu. Şəhər həmçinin Qərbi Afrika qalalarının adi müdafiəsi olan sız akasiya ağacları ilə əhatə olunmuşdu. Divarların içərisində tarlalar ilə ayrılmış kəndlər, bir neçə kral sarayı, bazar yeri və kazarma olan böyük bir meydan vardı. Divarların orta qalınlığı təxminən 1.5 fut (0.5 m) idi və bu da saray otaqlarının içərisini sərin saxlayırdı.[13]

Hər sarayın padşahların zövqünə uyğun fərqli dizaynı vardı. 1894-cü ildəki Behanzin tərəfindən edilmiş yanğından sağ qalan Qlele və Quezo sarayları bərpa edilmişdir və indi muzeyin bir hissəsidir.[13]

Tikinti üçün istifadə olunan materiallar təməllər, döşəmələr və yerdən yüksək quruluşlar üçün torpaqdan ibarət idi. İstifadə olunan taxta əsasən xurma, bambuk, iroko və maxoqoni kimi növlərdən hazırlanmışdır. Damda saman və metal təbəqələr istifadə edilmişdir.[13]

Barelyeflər[redaktə | mənbəni redaktə et]

Fabr xalqının və imperiyalarının təkamülündə baş verən hadisələri qeyd etmək üçün, hər bir padşahın hərbi qələbələrini və güclərini izah edən və Fon xalqının miflərini, adətlərini və sənədlərini sənədləşdirmək üçün barelyeflər (yazılı sənədlər olmadıqda) qeyd kitabı kimi fəaliyyət göstərir, mis və latun lövhələr divarları bəzəyirdi.[14] Lakin 1892-ci ildə Fransız işğalına qarşı çıxan Kral Behanzin (1889–1894) şəhər və sarayları yandırmağı əmr etdi. Abidələrin əksəriyyəti yanğından sağ çıxdı və bir çox saray bərpa edildi.

Keçmişdə padşahların keçirdiyi dini mərasimlərin bir hissəsi olan və muzeydə nümayiş olunan bir çox əşyadan Dahomeya kral ailəsi öz dini ayinlərində indi də istifadə edir.[15]

UNESCO-nun tanıması[redaktə | mənbəni redaktə et]

Bu abidələrin bənzərsiz mədəni əhəmiyyətini nəzərə alaraq UNESCO Abomey Kral saraylarını 1985-ci ildə Mədəni- IV kriteriyaları altında Ümumdünya irsi siyahısına daxil etmişdir.[2] Qeyd edilən abidə iki zonadan, əsas zonanı təşkil edən saraylardan və saytın şimal-şimal-qərb hissəsindəki Akaba Saray Zonasından ibarətdir. Abomey Kral Sarayları 2007-ci ilin İyul ayında Təhlükədə olan Dünya İrsi Siyahısından çıxarılmışdır.[12]

Muzey[redaktə | mənbəni redaktə et]

Abomey Tarix Muzeyi 1943-cü ildə Fransız müstəmləkə rəhbərliyi tərəfindən, 2 hektar (5 ar) bir ərazidə qurulmuş bir binada yerləşmişdir. Muzeyin əhatə dairəsi 40 hektarlıq bir ərazidə olan bütün sarayları və xüsusilə Kral Quezo və Kral Qlele saraylarını əhatə edir. Muzeydə 1050 eksponat var və bunların əksəriyyəti Dahomeyanı idarə edən padşahlara aid idi.[15][16]

Dəyən zərərlər[redaktə | mənbəni redaktə et]

21 yanvar 2009-cu ildə Kral Saraylarının bir çox binası baş verən yanğında böyük ziyan gördü. Yanğının haradan gəldiyi bilinmir. Alovun səviyyəsi Harmatan küləkləri nəticəsində sürətlə yayıldı və ətrafdakı bir neçə binanın saman damını və çərçivəsini yıxdı. Alovlar içərisində Kral Aqonqlo və Qezo və həyat yoldaşlarına aid məzarlar da məhv oldu.[17]

Aparılan bərpa işləri beynəlxalq təşkilatlar tərəfindən Benin səlahiyyətliləri və Dünya İrs Mərkəzinin tələbi olaraq dəstəkləndi.[17]

Qoruma[redaktə | mənbəni redaktə et]

Geniş konservasiya işləri, binaların və kolleksiyaların genişləndirilməsi 1992-ci ildən bəri aparılır. Bu iş UNESCO-nun etibarnaməsi ilə təşkil edilmiş 450.000 ABŞ dolları məbləğində vəsait hesabına mümkün olmuşdur. İşə töhfə verən digər donorlar ICCROM-un PREMA proqramı, Qetti Mühafizə İnstitutu və İsveç idi.[16]

2007-ci ilin avqustunda Benin Respublikası mədəni irsin və mədəni əhəmiyyətə malik təbii irsin qorunması haqqında 23 saylı 2007–20 saylı qanunu qəbul etdi. 2006-cı ildə Abomey Bələdiyyəsi, abidənin qorunması üçün etibarlı bir çərçivə təmin edən bir şəhərsalma və planlaşdırma tənzimləməsi haqqında qərar qəbul etdi. Abomey Kral saraylarının ərazisinə həmişə kral ailələri və əhali tərəfindən hörmət edilən müqəddəs məkanlar daxil edilmişdir. Ritual mərasimlərinin təşkili müvafiq təhlükəsizliyin başqa bir üsuludur.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Royal Palaces of Abomey and Kathmandu removed from Danger List Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine at UNESCO website
  2. 1 2 "Royal Palaces of Abomey". Unesco.org. 18 January 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2011.
  3. "evaluation report on Royal Palaces of Abomey" (PDF). Unesco.org. 6 September 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 may 2011.
  4. Swadling, Mark. Masterworks of man & nature: preserving our world heritage. Harper-MacRae. 1992. ISBN 978-0-646-05376-9. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2011.
  5. Royal Palaces of Abomey, Benin Save Our History The History Channel Arxivləşdirilib 2010-02-09 at the Wayback Machine. Accessed 14 January 2008
  6. Baker, Jonathan. Rural-urban dynamics in francophone Africa. Nordic Africa Institute. 1997. səh. 85. ISBN 978-91-7106-401-1. 16 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2011.
  7. Stiansen, Endre; Guyer, Jane I. Credit, currencies, and culture: African financial institutions in historical perspective. Nordic Africa Institute. 1999. səh. 30. ISBN 978-91-7106-442-4. 27 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2011.
  8. "Decision - 31COM 8C.3 - Update of the list of the World Heritage in danger - removal - Royal Palaces of Abomey, Río Plátano Biosphere Reserve, Kathmandu Valley, Everglades National Park". Unesco.org. 4 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2011.
  9. Piqué, Francesca; Rainer, Leslie H. Palace sculptures of Abomey: history told on walls. Getty Conservation Institute and the J. Paul Getty Museum. 1999. səh. 33. ISBN 978-0-89236-569-2. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2011.
  10. 1 2 3 "History". Official web site of Historical Museum of Abomey. 14 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2010.
  11. 1 2 "Dahomey". The Ouida Museum of History. 1 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2011.
  12. 1 2 Rainer, Leslie; Rivera, Angelyn Bass; Gandreau, David. Terra 2008: The 10th International Conference on the Study and Conservation of Earthen Architectural Heritage. Getty Publications. 14 June 2011. səh. 91. ISBN 978-1-60606-043-8. İstifadə tarixi: 15 April 2011.
  13. 1 2 3 "Architecture". Official web site of Historical Museum of Abomey. 11 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2010.
  14. Coquet, Michèle. African royal court art. University of Chicago Press. 1998. səh. 70. ISBN 978-0-226-11575-7. İstifadə tarixi: 15 April 2011.
  15. 1 2 "Collections". Official web site of Historical Museum of Abomey. 26 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2010.
  16. 1 2 "Home". Official web site of Historical Museum of Abomey. 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2011.
  17. 1 2 "Devastating fire at the Royal Palaces of Abomey (Benin)". UNESCO World Heritage Center. February 13, 2009. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2014.