Harmatan — Vikipediya

Abucadakı Abuca Milli məscidini əhatə edən Harmatan passatı

Harmatan (ing. Harmattan) — Böyük səhradan Qvineya və Yaşıl burun adaları tərəfə əsən (noyabr-mart) çox quru və tozlu şimal-şərq passatının,[1] həmçinin müvafiq mövsümün yerli adı.

Təsirlər[redaktə | mənbəni redaktə et]

Bu mövsüm qışdan fərqli olaraq soyuq, quru[2] və tozlu külək, həmçinin gecə və gündüz ətraf mühitin temperaturunda geniş dalğalanmalar ilə xarakterizə olunur. Bəzən günortadan sonra temperatur 30 °C (86 °F)-a qədər yüksələ bilsə də, bütün gün boyunca 9 °C (48 °F)-ə qədər aşağı da düşə bilər. Sahara kimi bəzi bölgələrdə bu mövsüm isti keçə bilər. [3]

Harmattan bölgəyə əsdiyi zaman havanın rütubətliliyi azalır.[4] Harmattan özü ilə səhra üçün səciyyəvi olan hava şəraiti gətirir: rütubəti azaldır, bulud örtüyünü dağıtır, yağıntının yaranmasının qarşısını alır və bəzən qum fırtınaları nəticələnə bilən böyük toz buludları yaradır. Külək həmçinin yanğın riskini artıra[5] və məhsula ciddi ziyan vura bilər.[6] Harmattanın musson küləkləri ilə qarşılıqlı təsiri tornadolara səbəb ola bilər.[7]

Harmattan dumanı[redaktə | mənbəni redaktə et]

Qərbi Afrikanın bəzi ölkələrində havada tozun ağır miqdarı görmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra və bir neçə gün günəş işığının qarşısını güclü dumanla müqayisə ediləcək qədər bağlaya bilər.[8] Bu təsir "Harmattan dumanı" kimi tanınır. Hər il ləğv edilən və yönü dəyişdirilən uçuşlar aviaşirkətlərə milyonlarla dollara başa gəlir.[9][10]

Sağlamlıq[redaktə | mənbəni redaktə et]

Rütubətin 15%-dən aşağı düşməsi bəzi insanlarda burun qanaxmalarına səbəb ola bilər.[11] Küləyin insan sağlamlığına digər təsirlərinə dərinin quruması, qurumuş və ya çatlamış dodaqlar, gözlər və tənəffüs sistemi, o cümlədən astmanın ağırlaşmasını daxil etmək olar.[12]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. O. Osmanov. B. Abdullayev. İzahlı coğrafiya lüğəti. Bakı.1966.
  2. Minka, Ndazo Salka; Ayo, Joseph. "Influence of cold–dry (harmattan) season on colonic temperature and the development of pulmonary hypertension in broiler chickens, and the modulating effect of ascorbic acid". Open Access Animal Physiology. 2014: 1. doi:10.2147/OAAP.S51741.
  3. Sivakumar, Mannava V. K.; Ndiang'ui, Ndegwa, redaktorlar Climate and Land Degradation. Environmental Science and Engineering. 2007. doi:10.1007/978-3-540-72438-4. ISBN 978-3540724377. At the southern fringe of the Sahara Desert, a special dry and hot wind, locally termed Harmattan, occurs.
  4. Minka, Ndazo Salka; Ayo, Joseph. "Influence of cold–dry (harmattan) season on colonic temperature and the development of pulmonary hypertension in broiler chickens, and the modulating effect of ascorbic acid". Open Access Animal Physiology. 2014: 1. doi:10.2147/OAAP.S51741.
  5. Oladipupo, Akolade R. "Harmattan: Behold A Season". Leadership. 13 December 2014. 2015-02-12 tarixində arxivləşdirilib.
  6. Terazono, Emiko; Blas, Javier. "Saharan wind stirs cocoa market". Financial Times. 19 January 2012. 25 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2012.
  7. Harmattan // Encyclopædia Britannica. 5 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2015.
  8. "Tuareg unrest". Temoust. BBC News. 7 September 2007. 30 December 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2007.
  9. Eze, Chinedu. "Nigerian Civil Aviation warns pilots, airlines of Harmattan haze". This Day. 15 January 2013. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2024 – All Africa vasitəsilə.
  10. Valdmanis, Richard. "Giant dust cloud chokes west Africa". Reuters. 8 February 2012. 11 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 February 2012.
  11. Terazono, Emiko; Blas, Javier. "Saharan wind stirs cocoa market". Financial Times. 19 January 2012. 25 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2012.
  12. Anuforo, Emeka; Chukwu, Lilian. "Coping With Health Hazards of Harmattan Haze". Rivers State News. 20 January 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2024.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]